Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pul barədə fikirlər insanı xudbinləşdirir

Çin alimləri pulun və pullu olmaq barədə fikirlərin insana necə təsir göstərdiyini müəyyən ediblər.
Xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər tədqiqat zamanı belə bir ehtimalı təsdiq ediblər: insanın xudbin və qaradinməz olması üçün onun pul barədə düşünməsi yetərlidir. Sən demə, tək bir pul barədə düşünmək insanın davranışını kəskin dəyişdirə bilər.
Alimlər Afrikanın yoxsul ölkələri Somali və Zimbabvedə iki qrup könüllü üzərində eksperimentlər aparıblar.
Qruplardan birinin üzvlərinə əvvəlcədən pul əskinaslarının və metal pulların təsvirlərini göstəriblər.
Tədqiqatın nəticələri göstərib ki, bu qrupa daxil olan könüllülər emosiyalarını gizlətməyə və qaradinməz olmağa daha çox meyilli olublar.
Qeyd edək ki, alimlərin gəldiyi qənaət əvvəllər də bu mövzuda aparılmış eksperimentlərlə səsləşir.
Məsələn, Minnesota Universitetinin professoru Ketlin Vos öz elmi işində göstərib ki, pul barədə fikirlər insanları ətrafdakılardan uzaqlaşdırır.
Nəticədə onlar kənardan kömək qəbul etməyə və başqalarına yardım göstərməyə az meyilli olurlar.


Tarix: 08.01.2015 / 16:08 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar
loading...