ABŞ-ın Viskonsin Tibb Kollecinin mütəxəssisləri müəyyən ediblər ki, az yatmaq hüceyrələrin vaxtsız tələf olmasına gətirib çıxarır. Business Standard dərgisi xəbər verir ki, ilk növbədə ağ ciyər, qara ciyər və nazik bağırsağın hüceyrələri ziyan çəkir. Amma yuxu normallaşsa, əzələ müstəqil regenerasiya olunur.
Daha əvvəl aparılan tədqiqatlar diqqəti yuxu çatışmazlığı ilə bağlı bir sıra problemlərə cəlb edib. Ehtimala görə, yuxusuzluq ürək-damar sistemi xəstəlikləri riskini artırır, onkoloji xəstəliklər ehtimalı çoxalır. İlkin mərhələdə dəyişiklikləri geri çevirmək mümkündür, lakin baxımsızlıq səbəbindən patologiya xroniki formaya keçir.
Alimlər son tədqiqatlar çərçivəsində müəyyən ediblər ki, gec yatan insanların başında xoşagəlməz fikirlər dolaşır. Belə insanlar depressiyaya daha meyilli olur, bir fikrin ucundan tutub ucuzluğa gedirlər. Mütəxəssislər uzun illər sağlam qalmaq üçün doyunca yatmağı, adi iş və istirahət rejiminə riayət etməyi məsləhət görürlər.
Tarix: 08.01.2015 / 16:04 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar