Türkiyəyə gələn turistlər artıq ağıllı cib telefonları ya da həblər üzərindən, öz dillərində xidmət edən sağlamlıq xidmətindən yararlana biləcək.
Səhiyyə nazirliyi tərəfindən, sağlamlıq turizmi sahəsində təsirli təqdimat, satışa çıxarma edilməsi və beynəlxalq əməkdaşlığın artırılması daxilində inkişaf etdirilən və turistlərin ehtiyac duyduqları anda, istədikləri mütəxəssislə öz dilini ya da razılaşa biləcəyi bir dili danışa bilən həkimə çatmalarını təmin edəcək mobil tətbiq proqramı üzərində işi tamamlamşdır.
Tətbiqin dekabr ayında reallaşdırılması planlaşdırılır. Bu mobil tətbiq əvvəlcə 30 kilometr, sonra 50 kilometr və ya geniş sahə içində 7 dildə axtarış etməyə imkan yaradır.
İngilis, Alman, Fransız, İspan, Rus, İsveç və Ərəbcə olaraq hazırlanan sağlamlıq xidməti naviqasiya xidməti ilə də yerinə yetirilə bilər.
Həmçinin promos web üzərindən və ya facebook-dan təkil olunur.
Diş ağrısı, günəş yanığı və ya qarın ağrısından şikayəti olanlara xidmət göstərə bilər.
Tarix: 08.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar