Bildiyimiz kimi, qriplə mübarizədə ən böyük uğurlardan biri qripə qarşı peyvəndin kəşf olunması idi. Digər nailiyyətlərə isə təsirli spreyləri aid etmək olar.
Son zamanlar qripə qarşı inkişaf etdirilən spreylər arasında Şotlandiyanın St. ANDREW'S Universiteti xüsusi fərqlənib.
Məlumata görə bu sprey heyvanları da müalicə edir. Qrip xəstəliyinin əsas simptomları olan titrəmə, qızdırma, öskürək, zəiflik, müxtəlif bədən ağrıları və narahatlıqlara qarşı təsirlidir. Qrip törədici ünsürlərin ciyərlərə çəkilən hava ilə bədənə girərək şəkər molekullarına əsaslandığını qeyd edən elm adamları, molekulları gizlədən zülalın inkişafını xüsusi vurğulayıblar. Belə ki, bu zülalın olduğu sprey, bir dozada sıxıldığında bütün növ qrip xəstəliklərinə kömək edirmiş.
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunduğundan bu spreydən istifadə edə bilərlər.
Lakin, qrip ağır formada olduqda xəstəni evdə saxlamaq düzgün deyil. Həmin xəstələrə mütləq həkim müayinəsi və müalicəsi lazımdır.
Tarix: 08.01.2015 / 16:20 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Maraqlı Məlumatlar