Əgər siz nə vaxtsa gözlərinizin rəngini dəyişməyi arzu edirdinizsə, yaxın vaxtlarda bu real ola bilər.
Kaliforniyalı Stroma Medical təşkilatından olan doktor Qreqq Xomer bildirir ki, insan gözünün rəngini cəmi 20 dəqiqə ərzində həmişəlik dəyişdirən üsul ixtira edib.
Bu texnologiya Lumineyes adını almışdır. Qəhvəyi gözləri mavi gözə çevirmək üçün xüsusi olaraq qurulmuş lazer tətbiq olunur. Lazerin enerjisi qüzehi qişanın üst qatından qəhvəyi piqmenti (melanini) yox edir və nəticədə sonrakı 2-3 həftə ərzində mavi rəng çıxmağa başlayır. Ancaq, bu prosedur dönməz effektə malikdir, qəhvəyi rəngi sonradan bərpa etmək olmur.
Xomer doktorun dediyinə görə, belə prosedur təxminən 4700 dollara başa gələcək. Hal-hazırda artıq yüzlərlə gözlərinin rəngini dəyişmək arzusunda olan insan mütəxəssislə əlaqə saxlayıblar.
Yeri gəlmişkən, 2008-ci ildə Kopenhagen Universitetinin əməkdaşları təyin etmişdilər ki: mavi gözlərin bütün sahibləri 6000-10000 il əvvəl yaşamış və genetik mutasiyalara məruz qalmış bir əcdada malikdirlər. Buna qədər isə yalnız qəhvəyi göz rəngi mövcud idi.
Tarix: 27.08.2012 / 09:29 Müəllif: Behlul Baxılıb: 558 Bölmə: Maraqlı Məlumatlar