Məlumata görə Cənubi Koreya və ABŞ tədqiqatçıları ana qarnında ilk 5 gün içində yaranan embrionik kök hüceyrələrini yetkin bir insandan klonlaşdırıb.
Bu üsul göz xəstəliklərinə, diqqət əksikliyi və zəka problemlərinə, ürək və şəkər xəstəliklərinə qədər bir çox xəstəliyi müalicə edəcək.
Onuda qeyd etmək lazımdır ki, 2013-cü ilin may ayında ABŞ-ın Oregon Universitetinin Tibb və Elm Fakültəsi yeni doğulan uşaqlardan alınan hüceyrələr ilə kök hüceyrələri hazırlamışdı.
Aparılan digər bir tədqiqatda Seulun CHA Universiteti və Los Angelesdə fəaliyyət göstərən texnoloji şirkətlərdən biri də yetkinlərdə eyni nəticəni almışdır.
Məlumatda oda bildirilir ki, tədqiqat zamanı 35 və 75 yaşlarında olan kişilərdən alınan dəri hüceyrələri də insan yumurtaları ilə birləşdirilib. Yumurtada yerləşən DNT, hüceyrələri insan DNT-ləri sayəsində xəstəliklərin müalicəsində geniş istifadə ediləcək.
Xüsusi ilə qenerasiya sonunda, donor DNK-larını daşıyan və sonsuz dəfə bölünəbilən kök hüceyrələri alınacaq.
Tibbi və elmi məlumatlara əsasən 'zigot' deyilən iki hüceyrə sayəsində embrionik kök hüceyrələri insan bədənində normal şərtlərdə döllənir.
Döllənmədən sonra təxminən 5 gün ərzində 150 hüceyrədən ibarət olan və 'blastosit' adı verilən içi boş halda olan bir kürə meydana gəlir.
Mərkəzdə olan hüceyrələr isə bir araya gələrək embrionik kök hüceyrələri əmələ gətirir. Daha sonra embrionik kök hüceyrələri bütün yetkin hüceyrə tiplərinə çevrilir. Bu hüceyrələr, sinirdən ürəyə, qaraciyərdən mədəaltı vəziyə kimi hər cür insan hüceyrəsinə çevrilə bilir.
Həmin hüceyrələr sayəsində isə göz xəstəlikləri və digər xəstəliklər müalicə edilir.
Tarix: 08.01.2015 / 16:20 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar