Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki qadın, iki nadir xəstəlik, iki biçarə...

Cess Tomm özünü dünyanın ən bədbəxt adamlarından biri hiss edir. Çünki o, istədiyini, fikirləşdiyini, düşündüyünü deyə bilmir.

Əvəzində o, ağlına gələn kəlmələri deyir və Cessin danışığı da sərsəmləmə, sayıqlama təsiri bağışlayır.

Cess çox nadir zəstəlik olan "Turett sindromu"nu mübtəladır. Belə xəstələrin danışıqlarında məna və ya məntiq olmur, onlar nə gəldi, deyirlər.
Eynən Cess təki.

Milli.Az "The Guardian"a istinadən bildirir ki, Cess bəzən saatda 900 dəfə "peçenye" söyləyir. Xəstə qadınla söhbət əsl linqvistik avantüranı xatırladır.
"Peçenye" ilə yanaşı, o, "təpələr", "dələ" və "Leqo" sözlərini də tez-tez təkrarlayır.

Onun danışığı sürrealizmdir.
Belə ki, 31 yaşlı Cess deyir: "Ağzınızı karandaşla doldurun", "Pinqvinlər diskotekasında arzular rəqs edir", "Uilyam Heyq, banco adam", "Mənə Marmitlə masaj verin" və s.

Kent qraflığındakı Eşford şəhərinin 25 yaşlı sakini Kelli Timso da özünü biçarə sayır. Nadir xəstəliyə mübtəla olmuş Kelli güclü hisslər və emosiyalar keçirən kimi donub qalır. O, xəstəliyinin kiçik oğluna keçəcəyindən qorxur.

İki uşaq anası komediya şoularına gedə bilmir, dostları ilə birlikdə paba baş çəkməkdən qorxur. Çünki hər dəfə güləndə o, huşunu itirib yıxılır.

Həkimlərin dediklərinə görə, Timson nadir nevroloji xəstəlik olan katapleksiya xəstəsidir. Belə xəstələr ciddi emosiyalar və ya hisslərə məruz qalanda, bədənləri qıc olur, beyin impulslarına tabe olmur.

Sevinc, heyrət, qəzəb və hətta məhəbbət belə, belə xəstələrin orqanizmində ciddi fəsadlar yaradır.

"İndi ən qorxduğum məsələ xəstəliyimin kiçik oğlum Ronniyə keçməsi riskidir. İki həftə əvvəl supermarketdə Ronninin tutması oldu. İndi Ronni ilə bağlı keçirilmiş testin cavablarını gözləyirik", - Kelli deyib,

Kelli xəstə olduğunu ilk dəfə 16 yaşında, televizor qarşısında yata bilməyəndə və ya normal yuxudan sonra divanda otura bilməyəndə anlayıb.

Bir müddət sonra o, narkolepsiya diaqnozu alıb və özündən asılı olmayaraq, istənilən yerdə yuxuya gedə biləcəyini dərk edib.

"Naharın ortasında, yaxud da vanna otağında yuxulayırdım. Bir dəfə isə iş yerində yatdım. Yaxşı ki, yıxılmadım və zədələnmədim", - Kelli deyir.

19 yaşında Kelli ilk oğlu Çarliyə hamilə qaldı və hər şey dəyişdi.
Yeni dünyaya gətirdiyi oğlu qucağında olarkən o, qəflətən bütün bədənində ağırlıq hiss edib.

"Dərhal anamı çağırmalı oldum və ondan Çarlini qucağımdan götürməsini istədim. Oğluma baxıb onu necə sevdiyimi düşünən kimi bədənim daha da zəiflədi. Oğluma zərər verməməyi düşünməyə başladım", - Kelli deyib.
Sonradan bu tutmalar daha da güclənib, intensivlikləri artıb və sonucda tutmalar zamanı Kelli tam iflic olub, danışmaq imkanlarını itirib.

2007-ci ildə Kelli yenidən müayinə olunub və ona katapleksiya diaqnozu qoyublar.

Bu xəstəliyə çox nadir hallarda rast gəlinir. Katapleksiya xəstələrinin təxminən 70 faizi həm də narkolepsiyadan əziyyət çəkirlər.

Kellinin dediyinə görə, o, çox vaxt özünü döşəmədə uzanmış şəkildə, yıxıldığı zaman aldığı xəsarətlərlə görür.
Bir dəfə isə çarpayıya yıxılanda az qalıb ki, boğulsun.

Gündə orta hesabla 20 dəfə katalepsiya tutması keçirən Kelli anası və qardaşından xahiş edib ki, daim yanında olsunlar.

Bütün bunlarla yanaşı, Kellinin qısamüddətli yaddaşla bağlı problemləri də var. O, dünən və ya srağagün nə etdiyini unudur.
Epileptiklərin tam əksəriyyəti kimi o, daimi müşahidə və müayinə altında olmalıdır.


Tarix: 22.08.2012 / 03:33 Müəllif: [Ram] Baxılıb: 1313 Bölmə: Maraqlı Məlumatlar
loading...