Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat müddətini uzatmağa təsirli dərman hazırlandı

Rus elm adamları, yaşlanma müddətini gecikdirən dərman növü haqqında məlumat veriblər.
Onların fikrincə bu dərmandan istifadə edən insanlar 120 ilə qədər yaşayacaqlar.

Rusiyanın Dövlət Universitetinin doktoru Maksim Skulaçev və onun qrupunun verdiyi məlumatdan aydın olur ki, uzunömürlük üçün inkişaf etdirilən bu həbdə antioksidant məzmunlu maddələr var. Antioksidant tərkibli dərmanın əsas vəzifəsi bioloji enerjinin təmin edilməsi, yaşlanmağı gecikdirmək, ürək böhranı və yaddaşsızlıq problemləri ilə əlaqəli hüceyrələrdə olan mitoxondrilərə təsir etməkdir.

Məlumatda oda bildirilir ki, yaşlanma müddətini yavaşladan dərman siçanlar, balıqlar və itlər üzərində sınaqdan keçirilib.
Dr. Maksim Skulaçevin sözlərinə görə bunun sayəsində heyvanlarda belə, yaşlılıqla əlaqədar bir çox xəstəlikləri həll etmək olar.

Onuda qeyd etmək lazımdır ki, mövzuya bağlı məqalə "Daily Mail" jurnalının internet saytında dərc olunub.


Tarix: 08.01.2015 / 16:06 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar
loading...