Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər ailəyə diş həkimi

Məlumata görə Türkiyədə diş sağlamlığı problemlərinin artması səbəbindən Səhiyyə Nazirliyi hər ailənin bir diş həkimi olacağını açıqlayıb və bildirib ki, ailələr bu qərardan sonra həkimin təyin etdiyi vaxtda hər ay nizamlı olaraq müayinəyə gəlməlidirlər. Nazirliyin tərtib etdiyi xüsusi plana əsasən körpələrin yetkinlik dövrünə qədər ağız və diş sağlamlığı daim diqqət mərkəzində olacaq. Məktəbəqədər təhsil müəssisələri və ibtidai təhsil məktəblərində ağız və diş sağlamlığı təhsili veriləcək.
O, cümlədən görüləcək tədbirlərdə ibtidai təhsil məktəblərində qoruyucu flüor tətbiq edilərək diş çürüklərinə xidmət göstərilməsi və diş sağlamlığının əhəmiyyətini izah edən xüsusi məlumatlandırma işlərinin olacağı da bildirilir.
Diş çürüməsinin uşaqlıq dövründən etibarən başladığını ifadə edən Səhiyyə Nazirliyi, körpələrdə yarana biləcək diş xəstəliklərinə nəzarət məsələsinin aktual mövzu olduğuna toxunub.


Tarix: 08.01.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar
loading...