Məlumata görə günəş işığı yaranan artıq çəkiyə təsir edərək, 2-ci tip şəkər xəstəliyinin ortaya çıxmasını yavaşlada bilər.
Bunu siçanlar üzərində aparılan tədqiqatlar da göstərib.
Edinburgh, Southampton və Avstraliyanın elm adamları tədqiqat zamanı parlayan ultrabənövşəyi şüaların həddindən artıq bəslənmiş siçanlara daha təsirli olduğunu göstərib.
Eyni zamanda günəş işığı şəkər xəstəliyinin əlamətlərindən olan anormal qlükoza səviyyəsi və insulin müqavimətinə də faydalıdır.
Məlumatda ultrabənövşəyi şüaların təsirinin günəş işığına məruz qalan dərinin çıxardığı azot oksid maddəsi ilə əlaqəli olduğu da bildirilir.
Azot turşusu ehtiva edən bir losiyonun siçan dərisinə tətbiqi isə eyni nəticəyə gətirib çıxara bilər. Tədqiqatçılar bu nailiyyətin diqqətlə ələ alınmasını qeyd ediblər.
Edinburgh Universitetindən Richard Weller isə bildirib ki, "Epidemoloji işlərindən məlumdur ki, günəş işığını istəyən insanlar, kölgədə qalmağı seçim edənlərə görə daha çox uzun ömürlü olur". Bu cür araşdırmalar isə günəşin bizə necə fayda təmin etdiyini göstərir.
Tədqiqat qrupunun iştirakçısı və Avstraliyadakı Telethon Uşaq İnstitutunun həkimi olan Shelly Gorman isə bildirib ki, edilən araşdırmalar günəş işığının sağlam həyat üçün əhəmiyyətli olduğunu göstərir.
Tarix: 08.01.2015 / 16:08 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar