Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil telefonlar yuxusuzluq yarada bilər

Bir araşdırma hər 10 gəncdən 9 nun yatmazdan əvvəl ağıllı cib telefonları və planşetlərin mavi işığına məruz qalmaları səbəbindən yuxu problemi olduğunu ortaya çıxarıb. Məlumata görə, bəzi gənclər yatmazdan əvvəl mobil telefonlarla məşğul olduqlarından yuxu problemi yaşayırlar.
Bunu aparılan tədqiqatlar da sübut edib. Həmçinin mobil telefonlarda olan mavi işığın da yuxusuzluğa təsir etdiyi bildirilir.
Tədqiqatı icra edənlərdən Prof. Richard Wiseman, bu cür halların yaxşı olmadığına diqqət çəkib.
Wiseman, "Bu cihazların yaydığı mavi işığın, yuxu verici melatonin hormonuna təsir etdiyini xüsusi qeyd edib.
Gözlüyün (mobil telefonlarla) mavi bənövşəyi işıqlarla təmasının da gözə zərər etdiyini bildirib.
Bu səbəbdən mütəxəssislər yatmazdan əvvəl mobil telefonları yığışdırmağı məsləhət görüb.
Çünki, keyfiyyətli yuxu sağlamlığın əsasını təşkil edən faktorlardan biridir.
Həmçinin az yatmaq çəki alma, ürək xəstəlikləri və s. narahatlıqlara yol açır. Bu baxımdan yetkinlərin 7-8 saat, gənclərin isə 9 saat yatmasını xüsusi qeyd edib.


Tarix: 08.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar
loading...