Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlilikdən əvvəl konsultasiyab

Bəzi ailələr boşanma olduğundan və qarşılaşdıqları problemləri həll edə bilmədikdə uzunmüddətli olaraq ciddi çətinliklərlə üzləşirlər.
Gələcəkdə problemlərin olmaması üçün evlənməzdən əvvəl mütəxəssisdən evlilik məsləhətləri almaq olar. Bundan başqa sözügedən xidmətin köməyi ilə evlənmədən əvvəl nişanlılıq və sevgililik dövründə, yaşadığınız problemləri hələ başlanğıc mərhələsində olan zaman kəşf etmək və həll etmək olar.
Ehtiyacı olanlar bu xidmətlə əlaqələrin gələcəyinə sərmayə qoyaraq daha xoşbəxt bir evliliyin təməllərini ata bilərlər.
Bundan başqa evlilik əvvəlində, evlilik, ailə içi ünsiyyət və cinsi mövzularda fərdi və cüt terapiya almaq mümkündür.
Evlilik əvvəli məsləhət cütləri evliliyə hazırlamağa köməkçi olan müalicə növü hesab olunur.
Məsləhət xarakteri daşıyan bu xidmət növü sizin və yoldaşınızın güclü və sağlam bir əlaqənin olmasını təmin etməklə balanslı bir evlilik şansının yüksək olmasına səbəb olar. Evlilik əvvəli məsləhət əksəriyyətlə evlilik və ailə terapiyası olaraq bilinən lisenziyalı terapistlər tərəfindən həyata keçirilir.
Onuda qeyd etmək lazımdır ki, məsləhət dini təşkilatlar vasitəsilə də təqdim oluna bilər.


Tarix: 08.01.2015 / 17:52 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...