Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünü yaxşı hiss edənlər daha çox yaşayır

Məlumata görə İsveçrəli elm adamları insanın həyat müddətinə təsir göstərən bir sıra cəhətləri öz tədqiqatlarında işıqlandırıblar.
"PLos One" jurnalında dərc olunan araşdırmaya görə, insanın özünü necə hiss etməsi, onun həyat müddətinə bilavasitə təsir göstərir.
Siqaret istifadəsi, aşağı təhsil və ya xəstələnmələr isə insan ömrünün qısa olmasına şərait yaradır.
Tədqiqat müddətində Zürich universitetinin elm adamları, Dr. Matthias-ın rəhbərliyi ilə müxtəlif sorğular keçiriblər.
Uzun müddət tədqiqatlarda iştirak edənlərdən özlərini hər gün necə hiss etmələri soruşulub. Onlara "çox yaxşı", "yaxşı", "qaneedici", "pis" və "çox pis" variantlarından birini seçmələri istənilib. Nəticədə aydın olub ki, özlərini "çox pis" hiss edənlər xoşbəxt və uzunömürlü olmur, "çox yaxşı" hiss edənlər isə 3,3 qat uzun və firəvan həyat yaşayırlar. Qadınlarda özlərini "çox pis" hiss etmək ölüm riskini, "çox yaxşı" hiss etmək çox yaşamaq şansını 1,9 qat çoxaldır.
Məlumatda oda bildirilir ki, tədqiqat iştirakçıların özlərini nə qədər yaxşı hiss etdikləri təcrübələrdə onların həyatda qalma şansı ilə mütənasib tutulub.
Həmçinin özünü yaxşı hiss edənlərdə, müsbət dünya görüşünün və sağlamlıqların yaxşı olduğu da bildirilir.


Tarix: 08.01.2015 / 16:24 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar
loading...