Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maye qəbulu ürəyə faydalıdır

Suyun insan orqanizminə faydaları az deyil. Dırnaqdan tutmuş, saça, böyrəyə, bağırsağa qədər əhəmiyyətlidir. Yetərsiz su bədəndə erkən yaşlanmaya belə səbəb olur.

Türkiyəli pəhriz mütəxəssisi Şebnem Kandıralının müsahibəsindən aydın olur ki, həyat mənbəyi olan su baş ağrısı, artıq çəki və ürək problemlərinə də xeyirlidir. Bədənimiz susuz olduğu zaman yağ hüceyrələrinin yığılması çətinləşir. Buda insan sağlamlığına zərərlidir. Çoxlu maye qəbulu isə iştahı azaldaraq orqanizmdə olan artıq yağların əridilməsinə və çəki verməyə kömək edir. Nəticədə insan ürək xəstəliklərindən qismən qorunmuş olur. "Onuda qeyd etmək lazımdır ki, əzələlərin tam sürətdə işləyə bilməsi üçün maye qəbulu əhəmiyyətlidir. Əks təqdirdə qanda qalınlaşmalar ola bilər. Bunun üçün isə ürək daha çox fəaliyyətdə olmalıdır. Ürəyi zəif olanlara gündə 2-5 stəkan su içmək məsləhət görülür. Bu infarkt riskini 41% azaltmağa kömək edir.

Su insanın əhval ruhiyyəsinə və işgüzarlığının artmasına da təsirlidir. Həmçinin baş ağrısı və baş dönməsinin qarşısını almağa xeyirlidir.

Bundan əlavə maye qəbulu dərini təmizləməyə, nəmləndirməyə, akne-sızanaq kimi civzələrin artımını qismən önləyir. Təmiz bir dərinin meydana gəlməsinə köməkçi olur.


Tarix: 16.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Kardiologiya
loading...