Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Damarlarınız gənc qalsın

Ürək xəstəlikləri, ölüm səbəblərindən biri kimi günümüzdə öz aktuallığı ilə seçilən mövzulardan biridir. Cəmiyyətdə bəzi insan qrupları var ki, onlar hərəkətsiz həyat tərzi sürdüklərindən, sağlam qidalana bilmədiklərindən və həddindən artıq stress keçirdiklərindən ürək xəstəlikləri problemləri ilə üzləşirlər. Bu baxımdan məsləhət görülür ki, damarlar gənc qalsa daha yaxşı olar.
Ürəyə qan daşıyan damarların deformasiya olması ürək narahatlıqlarını yaratdığı bildirilir. İnsanlar yaşlandıqca damarları da yaşlanır. Türkiyədə Central Hospitalda pəhriz üzrə mütəzxəssis kimi faəliyyət göstərdiyi bildirilən Səlma Turan, yaşlanmağı yavaşlatmaq üçün damarların yaxşı qorunması lazım olduğunu deyib.
O, həmçinin ürək xəstəlikləri olanlara həddindən artıq çoxlu çəkidən, yüksək xolesterin və qan təzyiqindən, ürək turşuluğunun səviyyəsindən, çox yağlı və zülallı qidalanmadan, sıx stressdən, hərəkətsizlikdən, siqaret və spirt istifadəsindən uzaq olmalarını bildirib.
Həmçinin pəhriz mütəxəssisi, qan təzyiqini təşkil etmək üçün diqqət edilməsi lazım olanları bu şəkildə sıralayıb: "Ürək xəstələri nizamlı bir şəkildə idman etməyə diqqət göstərməli, siqareti buraxmalı, bel ətraflarını nəzarət altında tutmalıdırlar. İdeal bel ətrafı qadınlar üçün 82 sm ikən, bu nisbət kişilər üçün 88.5 sm-dir.
Xüsusilə duz istifadəsi gündə 1-1.5 qr olmalıdır. Xəstələr, doymuş yağları məhdudlaşdıraraq yağ istehlakını azaldıb kalsium və maqnezium istifadəsini çoxaltmalıdırlar. Ayrıca banan, ərik, kartof kimi kalium tərkibli qidaların istifadəsi də artırılmalıdır.


Tarix: 16.01.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Kardiologiya
loading...