Ürək xəstəliklərindən əziyyət çəkənlər artıq çəkidən azad olmağa səy göstərməli, yüksək xolesterinə, urik turşu səviyyəsinə və qan təzyiqinə fikir verməlidirlər.
Çox yağlı və zülallı qidalanmadan, sıx stressdən, hərəkətsizlikdən, zərərli işlərdən, siqaret və alkoqol istifadəsindən çəkinməlidirlər.
Qan təzyiqini nizamlamaq üçün lazımi işlərdən əlavə idmanla məşğul olmaq faydalıdır.
Xüsusi olaraq duz istifadəsində diqqətli olmaq lazımdır. (Günde 1-1.5 gr istifadə etmək kifayətdir).
Ürək xəstələri, doymuş yağları məhdudlaşdırmalı, yağ istifadəsini azaltmalı, tərkibi kalsium ve maqneziumla olan qidalardan istifadə etməlidirlər.
Banan, ərik, kartof kimi potasium baxımından zəngin olan qidaların istifadəsini artırmalıdırlar. Unutmaq lazım deyil ki, insanlar yaşa dolduqda damarlar yaşlanır.
Ürəyə qan daşıyan damarlarda deformasiya hallarının olması ürək narahatlıqlarına səbəb olur. Bu baxımdan damarların yaxşı qorunması lazımdır.
Bunu Central Hospitalının pəhriz sahəsi üzrə mütəxəssisi Selma Turan da söyləyir. Onun sözlərindən aydın olur ki, yaşlanmağı yavaşlatmaq üçün damarların qorunması vacibdir.
Tarix: 16.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Kardiologiya