Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəkdə ritm problemlərinə diqqət

Stress, depressiya ürəkdə ritm problemlərinin meydana gəlməsinə səbəb ola bilər.
Bəzi hallarda ciddi problemlərə yol açan ürəkdə ritm pozuqluqlarının ürəyin normaldan sürətli ya da yavaş atması şəklində üzə çıxdığı bildirilir.
Məlumatda Central Hospitalında kardiologiya mütəxəssisi kimi fəaliyyət göstərdiyi bildirilən Dr. Sinan Coşkun Turanın bu istiqamətdə xəbərdarlıq etdiyi bildirilir.
Onun müsahibəsindən aydın olur ki, "Əlamət göstərməyən ürək xəstəlikləri, problemləri olan kəslərdə güclü idman məşqləri zamanı, stress, həyəcan və dərman istifadəsi nəticəsində ürək fəaliyyətində ciddi problemlərlə nəticələnir.
Ritm pozuqluğunun səbəbi nə olursa olsun, stress bütün ritm problemlərinə mənfi təsir edər.
Stressə qalib gəlmək üçün güclü iradə və həkim məsləhətindən əlavə lazımi prosedurlar gözlənilməklə, hadisələrə reaksiya vermə vərdişlərinin dəyişdirilməsi, əqli və fiziki boşalma texnikaları mövzusunda maariflənmə və tətbiq, ürəkdə olan ritm pozuqluğunun bir çox növündə müsbət nəticələr əldə edilməsini təmin edir.


Tarix: 16.01.2015 / 12:38 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Kardiologiya
loading...