Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnfarktla zədələnmiş ürək bərpa olunur

İngilis həkimləri bunun yeni üsulunu tapdılar.
İngiltərə həkimlərinin ürəyin infarkt miokardı ilə zədələnmiş zonalarını gövdə hüceyrələrlə bərpa etmək sahəsində əldə etdikləri nəticələr sevindiricidir. Yeni texnologiya Londonun 2 xəstəxanasında tətbiq olunub. Məsələ belədir ki, xəstəxanaya gətirilən infarktlı xəstənin sümük iliyindən götürülən hüceyrələr arteriyaya vurulur. Arteriya ilə hərəkət edən hüceyrələr ürək əzələlərinə çatmaqla ordakı ölü hüceyrələri əvəzləyir. Nəticədə ürəyin zədələnmiş hissəsi bərpa edilir. Burda əsas iş yubanmadan hərəkətə keçməkdən, yəni ürək tutmasında birinci 6 saat ərzində müdaxilə etməkdən ibarətdir. Həftəlik yazır ki, bu texnologiyanın insan organizminin zədələnmiş digər organlarının bərpası sahəsində tətbiqi məsələsi işlənib hazırlanmaqdadır.


Tarix: 16.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Kardiologiya
loading...