Yaş: 18 - 65 yaşları arasında olan hər sağlam insan qan verəbilər.
Bədən Ağırlığı: 50 kq-dan çox olan hər kəs qan bağışlaya bilər.
Təzyiq: Arterial təzyiq 180/100 mm Hg s. yüksək və ya 100/60 mm Hg s. aşağı olmamalıdır.
Nəbz: nəbz sayı 60-100 vurğu arasında olmalıdır.
Temperatur: bədən temperaturu normal olmalıdır.
Anemiya: Qansızlıq, əlbəttəki qan vermək üçün əngəldir. Qan vermək üçün kriteriya hemoqlobin dəyəridir. Hemoqlobin (Hb) 12.0 g/dl-dən və hematokrit (Hct) 38%-dən az olmamalıdır.
İnterval: Kişilər ən tez 2 ayda bir; qadınlar isə ən tez 3 ayda bir olmaq üzrə və ildə toplam 4 dəfəni keçməmək şərti ilə qan verə bilərlər.
Malyariya keçirmiş xəstələr sağaldıqdan 3 il sonra qan verə bilərlər.
Vərəm keçirmiş xəstələr sağaldıqdan 5 il sonra qan verə bilərlər.
Şəkərli diabeti olan xəstələr göstəriciləri normal olarsa qan verə bilərlər.
Doğuşdan 6 həftə sonra göstəriciləri normal olarsa qan vermək olar.
Ağır əməliyyat keçirmiş xəstələr 6 ay sonra göstəriciləri normal olarsa donor ola bilərlər.
Tarix: 16.01.2015 / 12:15 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Kardiologiya