Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qatıqlı toyuq şorbası resepti

Tərkibi:
1 ədəd toyuq döş əti
3 xörək qaşığı Westgold kərə yağı
1 xörək qaşığı ağ un
4 xörək qaşığı yumru düyü
1 ədəd yumurta
3 xörək qaşığı qatıq
Duz və istiot
İstəyə görə toz-bibər (şirin qırmızı bibər tozu)

Hazırlanması:
Toyuq ətini 6 stəkan suda qaynadın. Bişdiyində sudan çıxardın (suyu ayrı qaba alın) və əlinizlə didin.
Qazanda 2 xörək qaşığı kərə yağı əridin. Əridikdə buraya 1 xörək qaşığı un əlavə edib tez-tez qarışdıraraq azacıq qızardın. Toyuq suyunu da əlavə edib qaynadın. Düyünü əlavə edib, bişirin. Şorbanın suyu azdırsa, bir az qaynar su əlavə edin.
Düyü bişəndə, bir qabda yumurta və qatığı qarışdırın. Buraya isti toyuq suyundan bir az əlavə edib yenidən qarışdırın. Alınan qarışığı toyuq suyuna əlavə edib, dəyanmadan qarışdıraraq qaynadın.
Qaynayanda bişmiş toyuq ətini əlavə edin. Kənara çəkin. Duz və istiot vurun.
Süfrəyə verməzdən əvvəl bir tavada 1 xörək qaşığı kərə yağını əridin. Yaxşı qızanda 2 çimdik qırmızı toz-bibər əlavə edib qarışdırın və oddan alın. Bu qarışığı şorbanın üstünə gəzdirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:52 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Şorbalar ve Helimler
loading...