Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaspaço şorbası resepti (İspan mətbəxi)

Tərkibi:
12-14 orta yetişmiş pomidor
2 xiyar
2 bolqar bibəri
1 baş qırmızı soğan
1 diş sarımsaq
4-5 dilim qara çörək (qabıqsız)
80-90 ml zeytun yağı
2-3 x.q. qırmızı üzüm sirkəsi
Cəfəri
İri duz
Əzilmiş qara istiot
Tabasko sousu (istəyə görə)

Hazırlanması:
Xırda doğranmış sarımsaqla iri duzu həvəngdəstədə pasta halına gələnədək əzin.
Qara çörəyin içini və zeytun yağını buraya əlavə edib yenə əzməkdə davam edin. Ağzını bağlayıb soyuducuya qoyun.
Soğanı xırda doğrayıb üzərinə üzüm sirkəsi tökün. Qoyun bir az qalsın.
Pomidorların üzərini bıçaqla çarpaz çərtərək qaynar su tökün, belədə qabığı yaxşı təmizlənəcək.
Bolqar bibərinin üzərinə azca bitki yağı çəkib isti sobada 10 dəqiqə bişirin.
Üzəri bir az qızarandan sonra çıxarıb qaba yığın, ağzını bağlayıb 5 dəqiqə saxlayın.
Xiyarın qabığını soyun. Cəfərini doğrayın. Pomidorların toxumunu çıxarın.
Bir az xırdalayıb bu tərəvəzlərin hamısını blenderdən keçirin.
Buraya əvvəlcədən hazırladığınız çörəkli pastanı, sirkəli soğanı və azca zeytun yağı əlavə edib yenə blenderi işə salın.
Bircinsli maye alınanda duzunu yoxlayın.
Əgər istəsəniz, tabasko sousu əlavə edə bilərsiniz. Sonra bu şorbanı bir neçə saatlığa soyuducuya qoyun.Qaspaço soyuq yeyilir.
Süfrəyə verərkən üzərinə limon sıxa, avokado şirəsi, suxarı əlavə edə bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:55 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Şorbalar ve Helimler
loading...