Peçenye resepti...
Ərzaqlar:
200 qr kərə yağı
1 st şəkər tozu
1 st küncüd yağı
1 ədəd yumurta
1 paket vanil
3-4 st un un
1\2 st xırdalanmş qoz
Hazırlanması:
Küncüd yağı ilə şəkər tozunu qarıştırıb, üzərinə kərə yağını, yumurtanın sarısını, vanili və unu əlavə edirik. Çox bərk bir xəmir əldə edənə qədər xəmir qatırıq. Lazım olsa unun miqdarını artırın.
Xəmirdən qoz böyüklüyündə hissələr ayırıb, yumurlayırıq. Sonra yumurtanın ağına, sonra da qoza batırıb bişirəcəyimiz qaba düzürük. Sonra sobanda 180 dərəcədə 15 – 20 dəq bişiririk.
Qeyd: Əgər istəsəniz kabarta tozu da əlavə edə bilərsiniz. Peçenyeler sobadan çıxanda çox yumşaq olur. Amma sonra bərkləşir.
Tarix: 19.12.2012 / 22:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 964 Bölmə: Şirniyyatlar
loading...