Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Profiterol resepti

Tərkibi:
Xəmir üçün:
110 qram un
75 qram marqarin
185 qram su
5 qram şəkər tozu
3-4 ədəd yumurta

Şokolad sousu üçün:
200 qram toz şəkər
35 qram kakao
110 qram su
50 qram kərəyağı

Krem üçün:
250 qram süd
75 qram toz şəkər
35 qram un
25 qram kərəyağı
2 ədəd yumurtanın sarısı
Yarım qəhvə qaşığı vanil tozu
Ayrıca 200 qram krem şanti

Hazırlanması:
Bir qab suyu, marqarini və toz şəkəri qoyuruq. Su qaynayıb marqarin əriyincə üzərinə unu əlavə edirik. Taxta qaşıqla 4 dəqiqə qarışdırırıq. Daha sonra geniş bir şüşə qabın içərisinə töküb arabir qarışdırmaq lazımdır. Mikserlə bir az qarışdırıb içərisinə yumurtaları qırırıq. Xəmiri, içində dənəciklər qalmayana qədər qarışdırırıq. Xəmiri hazırlayınca krem torbasına (soyuducu paketi də ola bilər) qoyuruq. Şanti torbasına düz uc taxıb qoz və ya fındıq böyüklüyündə sıxırıq. Əvvəldən isidilmiş 150 dərəcəlik sobada 30-50 dəqiqə sobanın qapağını açmadan bişiririk. Sobadan götürdükdən sonra qaba düzürük. Soyuduqdan sonra xəmirlərin içlərinə hazırladığımız kremdən qoyuruq və üzərinə də şokolad sousunu tökürük. İstəsəniz üzərinə yaşıl fıstıq ya da şokolad rəndələyə bilərsiniz.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:08 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Şirniyyatlar
loading...