Quru üzümlü keks resepti
Qadınlar.biz üzüm qurusu tərkibli ləzzətli keksin reseptini təqdim edir.
Tərkibi:
200 qr kərə yağı
200 qr şəkər tozu
1 çimdik duz
4 yumurta
250 qr un
50 qr buğda nişastası
1 limon qabığı rəndəsi
250 qr üzüm qurusu
Şəkər pudrası
Qabartma tozu
Hazırlanması:
Şəkər və yumurtanı mikserlə ağarana kimi çalışın. İçinə ələyərək unu, buğda nişastası, isti olmayan ərimiş yağı, duzu qatıb mikserlə qarışdırın. Xəmir özünə gəlincə üzüm qurusu, limon qabığı rəndəsi və qabartma tozunu qatın. Hazırlanan xəmiri yağlanmış və un səpilmiş soba qabına tökün. 180 dərəcədə isinmiş 35-45 dəqiqə bişirin. Bişdikdən sonra süfrəyə verəndə üzərinə şəkər pudrası tökün.
Nuş olsun!
Tarix: 23.11.2014 / 21:01 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Şirniyyatlar
loading...