Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bezeli Sandviç Qurabiyələr

Təxminən 22 sandviç üçün

Ərzaqlar

Bezelər üçün:

5 iyi və ya 6 balaca yumurtanın ağı (toplam 200 q), otaq hərarətində
1/2 stəkan (100 q) şəkər tozu
1 1/2 stəkan (220 q) QABIĞI SOYULMUŞ badam içi,
4 stəkan (400 q) şəkər kirşanı (pudrası)

Qanaş Mus (ganache mousse) üçün:
115 q sadə yarım-şirin və ya acı-şirin şokolad (plitka)
1/4 stəkan (60 ml) süd
1/4 stəkan (125 ml) qaymaq


Əvvəlcə Qanaş Mus hazırlanmalıdır.

Qanaş Musun hazırlanması

1. Şokoladı xırda-xırda doğrayın və istiyə-dayanaqlı bir qaba qoyun. Südü qaynadın və şokoladın üstünə tökün. Dəyanmadan, şokolad əriyib südə qarışanadək qarışdırın.

2. Ayrı qabda qaymağı mikserlə qatılaşanadək çalın. Çaldığınız qaymağı ehmallıca şokolada əlavə edib yüngülvari qarışdırın (çalmayın). Hazır kütlənin üstünü sellofanla örtüb bərkiməsi üçün təxminən 1 saatlığına (və ya bir gecəlik) soyuducuya qoyun.Bezelərin hazırlanması:

1. İri qabda yumurta ağlarını mikserlə köpüklənənədək çalın . Üstünə şəkər tozunu əlavə edib bir az qatılaşanadək çalın (şəkildəki kimi alınmalıdır).

2. Qabığı soyulmuş badamı toz halına gələnədək üyüdün. Ayrı qabda üyüdülmüş badam və şəkər kirşanını qarışdırın. Sonra bu qarışığı çaldığınız yumurta ağına əlavə edib, qaşıqla yavaşca qarışdrın.3. 2 iri soba listinin dibinə kalka kağızı sərin (mütləq!). İri qənnadı torbasını (rusca: konditerskiy meshok) yumurtalı qarışıqla doldurun (torbanın ucu adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən ən azı 2 cm aralıda olmaq şərtilə diametri 4 cm olan yastı dairərər sıxın (şəkilə baxın).
4. Qoyun listlər bezelərin bir az bərkiməsi üçün 45 dəqiqə ərzində kənarda qalsın. Sonra isə sobanı 150C-dək qızdırın. Listləri bir bir sobanın orta rəfində təxminən 15 dəqiqə ərzində bişirin. Hazır bezelərin üstü bir qədər qızaracaq, amma çox deyil. Listləri sobadan çıxardın. Bezelər bir az soyuduqdan sonra, onları ehtiyyatla listdən çıxardın.

Sandviçlərin hazırlanması
İki bezenin arasına bir az qanaş mus sürtüb sandviç hazırlayın.
+


Tarix: 09.12.2012 / 15:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Şirniyyatlar
loading...