Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İçi doldurulmuş almalar

Ərzaqlar:

4 ədəd alma

30-50 qram kişmiş və ya qara gavalı

30-50 qram qoz ləpəsi

30-50 qram marmelad

Şəkər pudrası


Hazırlanma qaydası:

Almaları yuyub, qurulayın. Hər almanı ayrılıqda yuxarı hissəsini qapaq formasında kəsib, tumlarını çıxarın.

Qoz ləpəsini xırda-xırda, marmeladı isə kub formasında doğrayın.

Kişmişi və ya qara gavalını yuyub, xırda-xırda doğrayın. Sonra doğranılmış kişmiş, fındıq və marmeladı birləşdirib, qarışdırın.

Almaları hazırladığınız içliklə doldurun.

Almaları bir neçə yerdən çəngəllə deşin ki, bişəndə çartlamasın. Sonra almaları bişirmək üçün xüsusi forma qabına və ya tavaya yerləşdirib, bir az su töküb, sobada vam odda bişirin.

Süfrəyə verərkən bişmiş almaları xırda doğranılmış rəngli marmeladla bəzəyin. Üzərindən şəkər pudrası da səpin. Nuş olsun!


Tarix: 09.12.2012 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Şirniyyatlar
loading...