Avropa mətbəxinin ləziz şirniyyatı
Ərzaqlar:
200 qram peçenye
100 qram kərə yağı
2 x.q. şəkər tozu
2 ç.q. limon şirəsi
iç üçün:
500 qram kəsmik (yağsız)
200 qram qaymaqlı pendir (Filadelfiya, Maskarpone və s.)
3 ədəd yumurta
25 qram xaşxaş
200 qram şəkər tozu
1 ç.q. vanil şəkəri
2-3 ədəd alma
bir çimdik duz
Hazırlanma qaydası:
Peçenyeni xırdalayıb, blenderdən kiçirin. Peçenyenin üzərinə şəkər tozu, limon şirəsi və yumuşaldılmış kərə yağı əlavə edib, blenderdən keçirin və yaxud iti bışaqla doğrayın.
Yumru forma qabına bitki yağı çəkib, içinə hazırladığınız qarışığı tökərək, dibini və kənarlarını bərabər şəkildə yayın. Forma qabın üstünü örtüb, soyuducuda 15 dəqiqə müddətində saxlayın.
Sonra 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə ərzində bişirin. Duxovkadan çıxarıb, soyumaq üçün kənara qoyun.
İç hazırlamaq üçün:
Xaşxaşın üstünə 50 ml su töküb, 7-8 dəqiqə müddətində bişirin. Soyumaq üçün kənara qoyun.
Kəsmikli-qaymaqlı kremi hazırlamaq üçün:
Kəsmiyin üzərinə vanil və şəkər tozu əlavə edib, blenderdən keçirin. Qarışıq qatı xama kimi olmalıdır. Sonra üstünə yumurta, duz əlavə edib, mikserlə çalın. Üstünə qaymaqlı pendiri əlavə edib, yenidən mikserdə çalın. Hazırladığınız kremin 1/3 hissəsini ayırıb, başqa boşqaba qoyun. Qalan kremin üstünə xaşxaş töküb, qarışdırın.
Forma qabındakı xəmirin üstünə xaşxaşlı kremi tökün. Sonra xaşxaşlı kremin orta hissəsindən o biri kremi tökün.
Almaları yuyub, tumlarını çıxararaq, böyük dilimlərlə doğrayın. Doğranılmış alma dilimlərini yüngülcə kremin içinə batıraraq, dairəvi şəkildə düzün. Sonra üstünü perqament kağızı ilə örtüb, 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə müddətində bişirin. Bişmiş çizkeyki duxovkadan çıxarıb, bir az kənara qoyduqdan sonra soyuducuya yerləşdirin.
Nuş olsun!
Tarix: 08.12.2012 / 15:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Şirniyyatlar