Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərikli vatruşkalar

Üzərinə kəsmik, ərik və mürəbbə yaxılmış qalın qoğallar

Ərzaqlar:

Xəmir üçün:

100 qram kəsmik

1 ədəd yumurta

2 x.q. şəkər tozu

1,5 ç.q. qabartma tozu

1-1,5 stəkan un

2,5 x.q. bitki yağı

duz

20 qram pudinq tozu

2-3 x.q. şəkər tozu

270-280 ml süd

1 yumurta sarısı

ərik, şaftalı və başqa meyvələr

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün: unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Kəsmiyi qaşıqla əzib, yaxşıca qarışdırın. Üzərinə şəkər tozu, duz, bitki yağı və çalınmış yumurtaları əlavə edib, qarışdırın. Sonra üzərinə un əlavə edib, xəmir yoğurun. Xəmir nə sıyıq, nə də bərk olmamalıdır. Xəmiri 15-20 dəqiqə ərzində soyuducuda saxlayın.

Pudinqi hazırlamaq üçün: pudinq tozunu boşqaba töküb, üzərinə şəkər tozu və 2 xörək qaşığı süd əlavə edib, qarışdırın. Qalan südü qazana töküb, qaynadın. Sonra qaynadılmış südü pudinqin üzərinə töküb, qarışdıraraq 1 dəqiqə ərzində pudinq tam qatılaşana qədər bişirin.

Xəmiri 6 hissəyə bölüb, kündələr tutaraq girdələyin. Sonra yağlanmış forma qabına kündələri yerləşdirin. Hər kündənin üstündən stəkanın altı ilə basaraq dərinləşdirib, içinə 1xörək qaşığı pudinq yerləşdirin. Vatruşkaların üzərindən yumurta sarısı çəkib, üstündən doğranılmış meyvələrlə (ərik, şaftalı) bəzəyin.

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə ərzində bişirin. Bişmiş vatruşkaları sobadan çıxarıb, qızarmış kənarlarına kərə yağı çəkin. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Şirniyyatlar
loading...