Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almalı şarlotka

Daha bir dadlı şirniyyat növü

Ərzaqlar:

4 ədəd yumurta

1 stəkan şəkər tozu (170 qram)

1 stəkan un (100 qram)

2 ədəd alma

1 dilim limon

kərə və yaxud bitki yağı

Hazırlanma qaydası:

Almaları yuyub, təmizləyərək, nazik dilimlərə doğrayın. Sonra doğranılmış alma dilimlərini boşqaba yerləşdirib, üzərindən bir az limon şirəsi səpin(almalar qaralmasın deyə).

Yumurtaları şəkər tozu ilə qarışdırıb, mikserlə çalın. Sonra üzərinə un əlavə edib, qaşıqla qarışdırın.

Bişirmək üçün xüsusi forma qabını yağlayıb, üzərindən bir az un səpin. Sonra xəmirin yarı hissəsini töküb, üstündən alma dilimlərini yerləşdirin. Alma dilimlərin üstündən qalan xəmiri töküb, 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Şirniyyatlar
loading...