Qrip kimi infeksiyaların çoxaldığı bu cür havalarda soyuqdan qorunmaq önəməlidir. Mütəxəssislər immunitet sisteminin gücləndirilməsi üçün vitamin anbarı olan kivinin bolluca yeyilməsini tövsiyə edirlər.
Belə şaxtalı havalarda orqanizm davam gətirmək üçün vitaminlərə ehtiyac duyur, C vitamini ilə bol olan kivi isə belə məqamlarda ən yaxşı vasitələrdən biri hesab olunur.
Kivinin bir sıra üstünlükləri var. Belə ki, yaşıl rəngdə olan bu meyvə asan şəkildə həzm olunur, yeyildikdən sonra sinir sisteminə heç bir ağırlıq yaratmır. İkincisi isə kivinin tərkibində yüksək miqdarda vitamin və minerallar var. Kivi soyuq qış günlərində lazım olan C vitaminin anbarıdır. E vitamini də təşkil edən bu meyvə xüsusilə uşaqlar və qadınların üçün lazım olan kalsium baxımından zəngin meyvədir. Həmçinin, maqnezium və fosforla da bol olan kivi sizi bu qış qoruya biləcək ən yaxşı təbii vasitələrdən biridir.
Tarix: 08.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq