Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Spirtli içkilər beyin hüceyrələrini zəiflədir

Məlumata görə həddindən artıq spirt istifadəsi yetkin insanlarda beyin hüceyrələrini məhv etməsədə müxtəlif fəsadlar törədir.
Tibbi araşdırmalar göstərib ki, alkoqollu içkilər beyin hüceyrələrinə, mərkəzi sinir sisteminə siqnalları daşımağa köməkçi olan dendritlərə zərər vurur.
Bu xəstəlik fiziki və psixi pozğunluqlar törətməklə şəxsin nüfuzuna mənfi təsir göstərir. Daha çox sərxoşluğa, ağıldan yüngül davranış və hərəkətlərə, öyrənmə və yaddaşsızlıq problemlərinə yol açır. Bu xəstəliyin müalicə üsulları müxtəlif olsada psixoloji müalicəyə üstünlük verənlər də az deyil. Spirt istifadəsi yetkinlərdə beyin hüceyrələrini öldürməsədə Korsakoff sindromuna səbəb olur. Bütün bunlar yeniyetmə və gənclər üçün olduqca təhlükəlidir.
Bundan əlavə qara ciyər xəstəliyi kimi tibbi problemlər də yaradır. Alkoqol qəbul edənlərdə əmək qabiliyyəti zəifləyir, tez-tez bədbəxt hadisələr yaşanır.
Ona görə alkoqolizmlə təkcə xeyirxah təşkilatlar deyil, bütün cəmiyyət mübarizə aparmalı, zərərli vərdişlərə yox deməlidir.


Tarix: 08.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq
loading...