Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pis vərdişlərin fəsadları

Müasir həyatda bəzi kişilər şəxsi və ailə məsəllərində səhvlərə yol verdiyindən ciddi problemlərlə üzləşirlər. Həyat tərzininin nizamlı olmaması, müxtəlif narahatlıqlar, həyat standartını qorumaqda çətinlik, məsuliyyətlərin yerinə yetirilməməsi sonradan qayğıların artmasına səbəb olur. Xüsusən bəzilərinin spirt və siqaret kimi zərərli vərdişlərə sahib olması sağlamlıq üçün olduqca təhlükəlidir. Xroniki stress altında olan, artıq çəkidən əziyyət çəkən, pis qidalanan, heç idman etməyənlər gərgin və depressiv olurlar.
Müvəffəqiyyətsizlik qorxusu, aşağı performans müxtəlif narahatlıqlar da ailə daxili problemlərə yol açır.
Bu cür problemlər kişi və qadın münasibətlərinə mənfi təsir göstərməklə onların incik və hirsli olmasına səbəb olur.
Səhv həyat tərzinin əlamətləri hesab olunan ruhi və fiziki gərginliklər cinsi funksiya problemləri də yaradır.
Bu da cütlər arasında ailə daxili gərginliklərə səbəb olur. Ona görə də pis vərdişlərdən uzaq olmaq, həyat tərzinin vacib elementlərinə riayət etmək lazımdır.


Tarix: 08.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Saglamliq
loading...