Bal kimi meyvə – Gilas
Gilas Azərbaycanda çox geniş yayılıb. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri; üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin var.
Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində qəbizliyə qarşı da istifadə olunur.
Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 hektar çiçəkləyən gilas sahəsindən arılar 36-40 kq bal hasil edə bilirlər.
Əhəmiyyəti
Gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştah artırıcı pəhriz qidası kimi çox xeyirlidir. Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir.
Bu meyvələrdən eyni zamanda xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzimləyən vasitə kimi də istifadə etmək faydalıdır.
Albalı iştah açır
Albalı meyvəsi nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı acı olur. Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi turşu (alma və limon), karotin, C, Bl, PP vitaminləri, fol turşusu (Bc), vardır. Meyvələrindən kompot, kisel, şirə, şərbət, mürəbbə və spirtsiz içkilər hazırlanır. Albalının yarpaqların-dan tərəvəzləri duza və sirkəyə qoyduqda istifadə edilir. Çəyirdəyi və ləpəsi ətriyyat sənayesində, bəzi sabunların ətirləndirilməsində istifadə olunur.
Faydası
Albalının xalq təbabətində istifadəsi çox geniş və çoxnövlüdür. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır, susuzluğu yatızdırır, bəlğəm gətirən, antiseptik və yüngül zəiflədici xüsusiyyətlərə malikdir, həmçinin dəyərli dietik məhsuldur. Süd ilə albalı şirəsi artrit, həmçinin yaxşı qankəsən və sidik qovan vasitə kimi tövsiyə olunur.
Müalicə məqsədilə albalının meyvələrindən alınmış ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edilir. Yarpaqlarından alınmış sulu ekstrakt sarılığa qarşı, meyvə saplağından alınmış sulu ekstrakt isə ishala qarşı istifadə olunur.
Albalının ləti və şirəsi antiseptik təsirə malikdir. Xalq təbabətində albalını südlə birlikdə sustavların iltihabı zamanı qəbul edirlər. Həmçinin nəfəs yollarının iltihabında bəlğəmgətirici kimi tətbiq edilir. Albalı həm də balverən bitkidir. 1 hektar albalı sahəsindən arılar 15-53 kq bal hasil edə bilirlər.
Ərik ürəyin dərmanıdır
Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat və karamel üçün içlik hazırlanır, həmçinin qurudulur. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qətranlardan isə yapışqan hazırlanır. Balverən bitki kimi az məşhurdur. Çünki çox qısa müddətdə çiçəkləyir.
Ərik ağaclarının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır. Ərik ağacı yapışqanı suda yaxşı həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb şəklində dərmanların tərkibində, eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur.
Əriyin meyvələri son dərəcə faydalıdır. Hazırda əriyin toxumlarından əla keyfiyyətli, tibb üçün yararlı, badam yağını əvəz edən piyli yağ istehsal olunur. Bu yağdan əczaçılıqda kamfora yağının (Olenm Camphorae) hazırlığında istifadə edilir. Ərik ağacının toxumlarında 60 %-ə qədər əla keyfiyyətli piy vardır. Bu yağ bütün xassəsilə badam və şaftalı yağlarına bənzəyir.
Ərik ağacının meyvələri çox xeyirlidir. Meyvələrinin lət hissəsində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: karotini, Bl qrupu vitaminləri, pektin və aşı maddələrini, şəkəri (4-5 %), üzvi turşuları (alma və limon turşularını) (2,5 %), kalsiumu, maqneziumu və fosfat duzlarını göstərmək olar. Ərik ağacının yapışqanı isə uşaqlarda tez-tez baş verən qarın ağrılarında müalicə məqsədilə işlənən emulsiyanın tərkibində emulqator kimi istifadə olunur. Meyvələrindən xalq təbabətində sinə-yumşaldıcı və bəlğəm-gətirici, tam yetişməmiş meyvələri isə qurdqovucu dərman kimi işlədilir. Tam yetişmiş meyvələri mədənin həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Əriyin insan səhhəti baxımından önəmi pH dəyəri 3-4 arasında dəyişən təzə ərik, doqquz fərqli şəkər, on səkkiz sərbəst amin turşusu, zəngin A vitamini və betakaroten, yüksək miqdarda kalium və dəmir elementi ehtiva edən bir quruluşda yaradılmışdır.
Yaş və quru ərikdə insan sağlamlığı üçün əhəmiyyətli bir çox maddə vardır. İnsan vücudunun günlük enerji və zülal ehtiyacının qarşılanmasında çox az iştirakı olmasına baxmayaraq, yaş ərik, mineral maddələrdən potasium və betakaroten maddəsi baxımından çox zəngindir. A vitamininin ön maddəsi olan betakaroten; vücudu və orqanları əhatə edən epitel toxuması, göz sağlamlığı, sümük, diş inkişafı və endokrin vəzilərinin çalışması üçün lazımdır. Qaysının rəngi nə qədər canlıdırsa, içindəki betakaroten nisbəti o qədər yüksəkdir.
Ərikdə natrium az, kalium isə çox olduğuna görə, ürək çatışmaz-lığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və ürək əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğu öyrənilmişdir. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır. Quru qaysıya rəngi getməsin deyə əlavə olunan sulfat dioksidin astma kimi allergiyalara xeyirli olduğu müəyyən edilib.
Quru qaysının qida və sağlamlıq baxımından digər önəmli xüsusiyyəti də lifli qida olmasıdır. Quru qaysının 100 qramında təqribən 24 qram lif var. Yeniyetmə bir insanın günlük lif ehtiyacı isə 25 qramdır. Dietlə qəbul edilən bu liflər, həzm sistemimizdə ifraz olunan fermentlər tərəfindən hidroliz edilə bilməyən polisaxarit və liqnin kimi birləşmələrdən ibarətdir. Bu lif; irritabl kolon sindromu, xroniki ürək xəstəlikləri, kolon xərçəngi, diş və şəkər xəstəliyi, apendisit, qəbizlik, hemoroid və kökəlmə kimi xəstəliklərin meydana çıxma riskini azaldır və bağırsaqların düzgün çalışmasına kömək edir.
İnsan vücudunu mükəmməl yaradan, vücudun ehtiyacı olan qidaları da ən mükəmməl şəkildə yaratmış və insanların xidmətinə təqdim etmişdir.
Xalq təbabətində istifadəsi
Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. Dərman məqsədilə ərik ağacının yapışqanından da (kitrəsindən) istifadə olunur.
Ərik şirəsi
Ərik şirəsi ürək əzələsini möhkəmlədir və dəridən artıq maddələrin çıxarılma-sına kömək edir. Ərik şirəsi, həm onkoloji xəstəliklər və anemiya, həm də uşaqlar və hamilə qadınlar üçün çox faydalıdır.
Tarix: 27.12.2012 / 18:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 661 Bölmə: Saglamliq