Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluğa qarşı albalı şirəsi

Mütəxəssislər albalı şirəsinin yuxusuzluq probleminə qarşı təsirli olduğunu bildirib. Italyanın “La Stampa” qəzetində dərc olunan xəbərə görə Pensilvaniya və Roçester Universitetində çalışan elm adamları yuxusuzluqdan əziyyət çəkən 15 nəfər insana 2 həftə ərzində səhər axşam təxminən 227 qr albalı şirəsi veriblər.

Araşdırmaçılar növbəti iki həftə ərzində isə iştirakçılara digər meyvə sularından içməyi tövsiyə ediblər.

Mütəxəssislərin gəldiyi nəticə isə çox maraqlı olub. Belə ki, albalı şirəsi içdiyi zaman insanlarda yuxusuzluq problemi digər həftələrlə müqayisədə dəfələrlə aşağı olub. Araşdırmaçılar isə bunun albalının tərkibindəki maddələrlə bağlı olduğunu deyiblər.


Tarix: 27.12.2012 / 11:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Saglamliq
loading...