Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4 təbii antidepresant

Tədqiqatlara görə bəzi qidalar insanın psixoloji yaşamına təsir göstərir. Xüsusi ilə tərkibi omega-3, fol turşusu, kompleks korbohidratlar və zülalla zəngin olan qidalar yaxşıdır. Mütəxəssislərin fikrincə əhvalı yaxşılaşdırmaq üçün bəzi dərman möhkəmlətmələrindən xeyirlisi bu dörd antidepresantdır.
Omega 3
Sardina, ton balığı, uskumru, somon kimi balıqlarda bol miqdarda Omega-3 olduğu deyilir. Beyin və ürək sağlamlığı üçün olduqca əhəmiyyətli olan Omega-3 yağ turşuları eyni zamanda depressiyanı önləməyə kömək edir. Əgər balıq yeməkdən xoşlanmırsınızsa tərkibində Omega-3 olan kətan toxumu, qoz ləpəsi, ispanaq, soya paxlası, qurudulmuş nanə və qərənfil istifadə edə bilərsiniz.
Fol turşusu
Yaşıl yarpaqlı tərəvəzlərdə, mərciməkdə, sitrus meyvələrində, quşqonmaz bitkisində, brokolidə, taxıllı qidalarda, günəbaxanda, pomidor suyunda və yumurtada fol turşusu olduğundan depressiyaya yaxşı təsir göstərir.
Kompleks karbohidrat
Tərkibi kompleks karbohidratlarla zəngin olan qidalar bədəndə serotonin hormonunun ifraz olunmasına dəstək olur. Bu qidalar uzun müddət toxluq hissi verərək gün boyu enerjinin yüksək olmasını təmin edir. Yarma, kəpəkli düyü, makaron, tam taxıllı çörəklər və tərəvəzlər də faydalıdır.
Zülallı qidalar
Məlumata görə bədənin çıxardığı enerjinin 15%-i xaricdən alınan zülallardan təmin edilməkdədir. Bu səbəbdən zülal ağırlıqlı qidalanmaq gün ərzində enerjini artırmaqla, aclıq hissini önləyir. Zülallara ağ və qırmızı ətdə, süd və süd məhsullarında, çərəzlərdə, yumurtada, brokoli və ispanaqda rast gəlmək olur.


Tarix: 08.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Saglamliq
loading...