Hava dəyişmələri ilə əlaqədar bəzi insanlarda xroniki yorğunluq sindromu yaranır.
Buda özlüyündə immunitet sisteminin qismən zəifləməsinə və insanın özünü xəstə hiss etməsinə səbəb olur.
Bunun müalicəsi üçün hər mövsümdə C vitamini istifadə etmək olar.
Bu vitaminin orqanizimdə yetərli olmaması diş əti, saç və dəri problemlərinə, oynaq və əzələ ağrılarına, nəfəs darlığına, immunitet zəifəməsinə səbəb olur.
Bu baxımdan yuxusuzluq sindromu olanlara, ağır idman məşqləri edənlərə, siqaret və spirtli içkiləri tərgitməyənlərə, hamiləlik zamanı doğum həblərinə üstünlük verənlərə, infeksion xəstəliklər keçirənlərə məsləhətlidir.
C vitaminini soyuducuda saxlamaq, dərin donduruculara fikir vermək lazımdır.
Onuda qeyd etmək lazımdır ki, bu vitamin istifadə müddətinə qədər lazımi temperaturda saxlanılmalıdır. Suda əriyən bir vitamin olduğu da nəzərə alınmalıdır.
Tibbi zərurət olmadıqca tərkibində C vitamini olan meyvə və tərəvəzlərdən istifadə etməkdə fayda var.
Tarix: 08.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Saglamliq