Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəmir və vitaminlər gənclərin formada qalmasını təmin edir

Məlumata görə aparılan tədqiqatlar sübut edib ki, yetkinlik çağında olan bəzi gənclərdə dəmir və vitamin əksikliyi olur.
Daha çox qan təhlillərinin nəticələri bu problemin ciddi olduğunu göstərib.
Yetkinlik, gənclik dövrlərində iş və ya şəxsi həyatı qaydasında olmayanlarda, zərərli vərdişləri tərgitməyənlərdə, düzgün qidalanma vərdişləri olmayanlarda vitamin və mineral əksikliyi olur.
Tədqiqat nəticələrində fitness kimi standart idman məşqlərində belə qidalanma vərdişlərinin əhəmiyyəti xüsusi qeyd edilib.
Məsələn: dəmir əzələlərə oksigen daşıyan hemoqlobinin istehsalını qatılaşdırarkən, C vitamini immuniteti gücləndirərək bədəni yeniləyir.
Məlumatda oda bildirilir ki, qida dəyərlərini və fiziki məlumatları yığan tədqiqat işlərində Avropadan yaş ortalaması 12.5-17.5 arasında dəyişən insanlar iştirak edib. Həmin insanların retinol, C vitamini, beta karotin, alfa- tokoferol, B6 vitamini, kobalamin, serium ferritin, D vitamini, hemoqlobin kimi bir çox komponent dəyərləri ölçülüb.
Nəticələrə görə kişilərdə retinol, C vitamini və hemoglobin, qadınlarda D vitamini və beta karotin səviyyələri maksimal oksigen istehlakı ilə əlaqədar olduğu müəyyən edilib. Əzələ forması üçün isə kişilərdə beta karotin, hemoglobin, alfa-tokoferol, qadınlarda isə D vitamini və beta karotin səviyyələrinin yüksək olmasının yaxşı performans yaratdığı bildirilir. Bu baxımdan gənclərin fiziki baxımdan daha sağlam olması üçün tərkibi dəmir və vitaminlərlə zəngin olan qidalara üstünlük verilməlidir.


Tarix: 08.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Saglamliq
loading...