Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman Zalında Özünü Düzgün Apar

Anonim fitnes sevər daha yaxşı məşqlər üçün davranış qaydalarını təklif edir..

Əvvəlcə əsas şeylər:

İdman zalına getməyi xoşlayıram. Amma ətrafda baş verənlərə fikir verməyə bilmirəm. Bəzi idman zalına gələnlər elə bil, davranış qaydalarını qəbul piştaxtasında qoyub içəri keçirlər. Heç işə dezodorant vurmadan getmisən? Məncə, yox. Onda idman zalına niyə belə gəlirlər? Düzgün davranış qaydaları çətin deyil, odur ki, oxu…

Az danışmağa çalış

İdman zalına, əslində, nə üçün gedirsən? Səhv edirəmsə, məni düzəlt, amma bura bəyəm məşq etməyə gəlmirik? Ortalıqda veyllənmək, tanış olmayan insanlarla çənə döymək münasib deyil. Bura salon deyil. Və mən buraya tanış olmaq üçün gəlməmişəm.

Zəhmət olmasa, əyninə bir şey geyin!

Mən çılpaq bədənlərə qarşı deyiləm, lakin, hər şeyin təhəri var. İdman zalına gedən tanışlarım bəzən hamının gözü qarşısında tam çılpaq oturub, qaralma kremlərinin qurumasını gözləyirlər, ayaq dırnaqlarını kəsirlər və ya bikini zonasını epilasiya edirlər (zarafat etmirəm)! Mən özünə güvənən qadınları dəstəkləyirəm, lakin sənə çılpaqlıq rahatdırsa, bu o demək deyil ki, ətrafdakılar da bunların hamısını görmək istəyir.

Özünlə Dəsmal Götür

Ola bilsin, tərləyən kişilər seksual görünür və kişi bədəninin qoxusu bəzi qadınlann ağlını başından çıxara bilər. Lakin mənə elə gəlir ki, bəziləri üzbəüz trenajorda məşq edən və tərini üzərimə sıçradan 110 kiloqramlıq kişini görməyiblər. Cama-at, idman zalında verilən dəsmallardan istifadə edin.

Güzgünün qabağından çəkil

İstəyirsən inan, istəyirsən inanma, amma buradakı güzgülər düzgün hərəkətlərin yerinə yetirilməsinə nəzarət etmək üçündür, özünə qısa topda baxıb həzz almaq üçün deyil.

Telefonunu dolabında qoy

Düzünü desək, məşqin ortasında dostuna zəng etməyə həvəsin və enerjin varsa, deməli, kifayət qədər yaxşı çalışmırsan.
“Hər bir dəfə”

idman zalına gedənlər ən məzəli məqamları danışırlar:
“Cütlük görmüşəm ki, yanaşı qaçış trenajorunda qaçaraq, əl-ələ tuturdular. Bu çox gülməlidir!”.
“Bir qız məşqə həmişə makiyajda və süni kirpiklərlə gəlirdi”.
“Birqadın soyunma otağında məşqdən əvvəl Biq Mak və fri kartofu üyüdürdü”.
“Gözəl bədən quruluşuna malik qadın güzgüdə özünə baxaraq, o qədər valeh olmuşdu ki, qaçış trenajorundan yıxıldı. Üstəlik, yıxılanda maykasından saxta döşləri yerə düşdü”.
“Velosiped trenajorunda bir kişi ilə üzbəüz məşq edirdim. Xəbəri olmasa da, şortları düz ortadan yırtılmışdı”.


Tarix: 27.12.2012 / 11:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 645 Bölmə: Saglamliq
loading...