Səhərə əhəmiyyətli bir yığıncaq olduğunda ya da iş görüşməsinə çağırıldığınızda ağız qoxusundan asanca xilas ola biləcəyinizi bilirsinizmi?
Nəfəsinizi dərhal təzələmək və ağız qoxusundan xilas olmaq üçün bunları tətbiq etməlisiniz:
Nanə yarpağını əzin. Orqanik nanə yarpaqları təbii olaraq nəfəsinizin keyfiyyətini yaxşılaşdıra bilər. Həmçinin nanə mədənizə və həzmsizliyə çox xeyirlidir.
Gündə ən az bir dəfə diş ipi istifadə edin. Bu ağız qoxusuna gətirib çıxaran bakteriyaları yox edərək sağlam bir həyat sürmənizi təmin edə bilər.
Dişlərinizi və dilinizi gündə ən azı 2 dəfə fırçalayın. Davamlı ağız qoxusuna maliksinizsə dişlərinizi daha çox fırçalayın. Heç bitməyən ağız qoxusu eyni zamanda sağlamlığınızda problemin olmasının göstəricisi də ola bilər.
Hər il diş təmizliyi üçün həkimə gedin. Diş təmizliyi ildə bir dəfə ya da daha çox edilməlidir. Dərin təmizlik valı, bakteriyanı təmizləyə bilər. Ağız qoxunuzun diş əti xəstəliyi ya da diş xəstəliyinin əlaməti olmasını diş həkiminiz anlayacaq.
Bolluca su için.
Susuzluq da ağız qoxusuna yol aça bilər. Bu səbəbdən gün ərzində bolluca su için . Hər gün ən azı 8 stəkan su içərək ağız qoxunuzu müalicə edə biləcəksiniz.
Tarix: 27.12.2012 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Saglamliq