İnsan soyuqlayanda orqanizmdə əmələ gələn seliyin, haymor və alın boşluğundan çıxdığı bildirilir.
Əgər seliyin bir hissəsi bu boşluqda qalarsa, qatı kütlənin onları doldurduğu və xəstlik törədən ünsür formasında artmağa başladığı deyilir.
Buna görə də haymor və alın boşluqlarının təmizlənməsi vacibdir. Bu istiqamətdə sağlamlaşdırıcı prosedurlardan əlavə asan və sadə üsulla tətbiq olunacaq bir prosedurda var. Həmin proseduraya 2 gün qalmış selik yaradan məhsullardan hesab olunan süd, kefir, kəsmik, yoqurt, kərə yağı və ağ undan bişmiş məmulatları qida rasionundan çıxarmaq məsləhət görülür. Təmizləmə isə 2 mərhələdə aparılır.
Əvvəlcə iri qazanda su qızdırın və başınızı dəsmalla örtüb, beş dəqiqə buxarla nəfəs alın, sonra üzünüzü sərin su ilə yuyun.
İsitmə və soyutmanı növbələşdirərək bu proseduru 4-5 dəfə təkrar edin.
Sonra burun-udlağını dəniz və ya xörək duzu qatılmış ilıq su ilə yumaq məsləhət görülür. Bundan ötrü bir çay qaşığı duzu bir stəkan isti suda həll edib, balaca imalə "armuduna" yığın. Sonra bir burun dəliyini tutub o birisinə duzlu məhlulu fısqırdın, o dəqiqə həmin suyu ağzınızdan atın. O biri dəliyi də eyni qaydada yuyun.
Bu proseduru hər ay, xüsusilə də, baharda təkrarlamaq faydalıdır. Bu sadə və asan üsulun zökəmə, haymoritə və frontitə tutulmuş insanlara kömək etdiyi bildirilir.
Tarix: 08.01.2015 / 13:04 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq