İnsan orqanizminin 60 faizi mayedən ibarətdir. Su bizim hüceyrələrimizi oksigenlə təmin edir, onları yeniləyir, piylənməyə mane olur. Amma hər şey gündə 2,5 litr maye içməklə həll edilmir. Əsas odur ki, biz nə içirik?
Su ilə yanaşı mütəxəssislər 9 cür içki içməyi məsləhət görürlər. Vitamin və minerallarla bol olan bu içkilər sağlamlığımız üçün çox vacibdir.
Nanə çayı
Yorğunluğu aradan qaldırır, tonusu artırır. Yuxunu möhkəmləndirir və həxmi yaxşılaşdırır
Yaşıl çay
antioksidant təsirli bu çay ürək damar sistemi, sümükləri möhkəmləndirir, xərçəngdən müdafiə edir
Soya südü
Amin turşuları ilə boldur. Xolestrinlə mübarizə aparır və ürək-damar sistemini qayğısına qalır
Yağsız süd
Az yağlı inək südü zülal, D vitamini və kalsium ilə boldur
Pomidor şirəsi
Pomidorun tərkibindəki likopen xərçəng hüceyrələri ilə mübarizədə faydalıdır
Portağal şirəsi
İmmuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, gümrahlıq verir
Quşüzümü şərbəti
Bu şərbət antibiotik təsirinə malikdir
Kakao və isti şokolad
Onların tərkibində xoşbəxtlik hormonu var. Bunlar sizi nikbin edəcək, əhval ruhiyyənizi qaldıracaq və baş ağrısından azad edəcək.
Vitqrass
Buğdanın cücərtisindən əldə edilən şirədir. Tərkibi mineralla və vitaminlərlə boldur. Onun tərkibindəki antioksidantlar qocalmaqla mübarizə aparır.
Tarix: 08.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq