Çox yemək oturaq həyatdan daha təhlükəlidir
Çox yemək oturaq həyatdan daha təhlükəlidir. Bu qənaətə danimarkalı alimlər apardıqları araşdırmadan sonra gəlib.
Alimlərinin apardıqları tədqiqat zamanı məlum olub ki, son 20 ildə fiziki fəallığın səviyyəsi heç dəyişməyib. Lakin piylənmədən əziyyət çəkən insanların sayı artıb.
Qeyd edək ki, alimlər son əsrdə qidadan alınan enerjinin miqdarının dəfələrlə artdığını sübut ediblər.
Mütəxəssislər çox yeməyin oturaq həyatdan daha təhlükəli olduğunu qeyd edərək insanlara öz gündəlik qida rasionlarını dəyişmələrini,
qəlyanaltılara və yarımfabrikatlara deyil, sağlam qidalanmaya üstünlük verməyi, fəal həyat tərzi keçirməyi və idmanla məşğul olmağı məsləhət görüblər.
Tarix: 08.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Saglamliq
loading...