Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əvəzolunmaz Qidalar

Ürək rahatsızlığı və damar sərtliyi olan insanlara yerkökünün çox böyük faydası var. Hər gün yeyilən bir yerkökünün həmçinin ağciyər xərçəngi təhlükəsini yarıya endirir.

Bəs əncir? Astma, öskürək, soyuqdəymə və s. kimi dərdlərin dərmanı olan əncir bitkisindən, Quran-i Kərimdə də bəhs edilir…

Yerkökü qan artımını sürətləndirən, bədəni qüvvətləndirən, mədə və bağırsağın yaxın dostu,

öd axınını yaxşılaşdıran, qaraciyərin fəaliyyətini normallaşdıran əvəzolunmaz bir tərəvəzdir. Qan azlığı zamanı, səhər, günorta və axşam təzə çəkilmiş 1 stəkan yerkökü şirəsi içmək məsləhətdir.

Yerkökünün şirəsini çəkmək mümkün olmadıqda isə incə kəsilməsi və yaxşı çeynəyərək yeyilməsi məsləhətdir. Xüsusi ilə A vitamini ilə zəngin olan yerkökü şirəsi mədə və bağırsaq qanaması zamanı faydalı bir vasitə olmaqla yanaşı, tərkibindəki xüsusi şəkər, qaraciyəri qüvvətləndirir. Bədəndəki sidik cövhəri turşuları və digər zəhərli maddələrin sidiklə xaric olunmasını asanlaşdırır və bədəndəki yorğunluğun aradan qaldırılmasına kömək edir.

A1, C, B1 və B2 vitaminləri ilə zəngin olan yerkökü çiy və ya bişmiş halda qəbul edilir. Yerkökü çirkli olsa belə qabığı soyulmamalıdır. Çünki, yarım kq yerkökünün tərkibində 30 mq C vitamini, B1-B-B6 vitaminləri, kalsium, dəmir, kalium vardır və bunların əksəriyyəti qabığının altındadır.

Yerkökünün tərkibində çox miqdarda olan A vitamini dərini təravətləndirir və gözlərə müsbət təsir edir.

Qida tərkibi

100 q yerkökünün tərkibinə daxil olan maddələr bunlardır:
30-40 kalori
1.1 q zülal
9.7 q karbohidrat
0 q xolestrol
0.2 q yağ
1 q lif
36 mq fosfor
37 mq kalsium
0.7 mq dəmir
47 mq natrium
341 mq kalium
23 mq maqnezium
8.115- 11.000 IUA A vitamini
0.06 mq B1 vitamini
0.05 mq B2 vitamini
0.6 mq B3 vitamini
0.15 mq B6 vitamini
7.6 mq fol turşusu
6-8 mq C vitamini
0.6 mq E vitamini.

Sağlamlığınız üçün faydaları:

Yuxarıda saydığımız çox faydalı qida tərkibi ilə yanaşı
Yerkökünü nizamlı şəkildə qəbul etdikdə, siqaret çəkən insanlar da daxil olmaqla, ağciyər xərçənginə yoluxmaq riskini ən aşağı həddə endirmək mümkündür. Eyni zamanda, yerkökünü çox qəbul edən insanların qırtlaq, sidik kisəsi, qalın bağırsaq, prostat və qida borusu xərçənginə yoluxma riskini də 50 faiz nisbətində, klimaksdan sonrakı dövrü yaşayan qadınlarda, süd vəzisi xərçənginə yoluxma riskini 20 faiz nisbətində azaltdığı aparılan araşdırmalarda sübut olunmuşdur.
Ürəyin dostu olan yerkökü qanda olan xolesterol səviyyəsini endirməyin ən asan üsuludur. Araşdırmalar, yerkökü qəbulunun xolesterolda əhəmiyyətli enmələrə səbəb olduğunu, yerkökünü qəbul etməyi buraxan adamlarda qısa müddətdə xolesterolun əvvəlki səviyyəsinə qalxdığı müəyyən edilmişdir.
Yerkökü bəzi növ qida zəhərlənmələrinin qarşısını alır.
Həmçinin aparılan araşdırmalarda yerkökünün miningit, beyin iltihabı ilə hamiləlikdə düşürməyə səbəb olan listeria adlı maddənin təsirlərini yox etdiyi müəyyən edilmişdir.
Yerkökünün tərkibində olan yüksək faizli lif qəbizliyi olan insanlara yaxşı təsir edir.
Yerkökünün şirəsini qaynadıb içmək qarın ağrısına da kömək olur.
Eyni zamanda yerkökünə xalq arasında həzmi yüngülləşdirən, qaz çıxarıcı, sidiyi artıran, qurd tökmək, aybaşını asanlaşdıran, cinsi gücü artıran xüsusiyyətlərə malik olduğu göstərilir.

Möcüzə meyvə -Əncir

Əncir digər meyvələrə nisbətən daha çox lifi özündə cəmləşdirir. Sadəcə 1 ədəd quru əncirin tərkibində 2 q lif vardır ki, bu da gündəlik ehtiyacın 20 faizidir. Son 10-15 ildə aparılan araşdırmalar, bitki mənşəli qidalarda olan liflərin həzm sisteminin düzgün işləməsi istiqamətində çox əhəmiyyətli olduğu aşkar edilib. Qida kimi qəbul edilən lifin həzmə kömək olduğu və bəzi xərçəng növlərinin riskini azaltdığı məlumdur. Qidalanma ekspertləri lifi artırmaqda əncirin qəbulunun ideal bir yol olduğunu qeyd edirlər. Lifli qidalar həll olunan və həll olunmayan olaraq 2 qrupa ayrılırlar. Həll olunmayan liflərlə zəngin olan qidalar, bədəndən atılmalı olan maddələrə su verərək onların bağırsaqlardan keçməsini asanlaşdırır. Beləliklə, həzm sistemini gücləndirərək, nizamlı işləməsini təmin edir. Eyni zamanda həll olunmayan lifli qidaların isə qanda olan xolesterol səviyyəsini 20 faizdə artıq aşağı saldığı müəyyən edilmişdir. Bu baxımdan, ürək xəstəliklərinin riskini azaltmaqda böyük əhəmiyyət daşıyır. Əgər qanda çox sayda xolesterol varsa, bu qan damarlarında toplanır və qan damarlarının sərtləşməsinə, daralmasına səbəb olur. Xolesterol hansı orqanın damarında toplanarsa həmin orqana aid xəstəliklərin yaranmasına səbəb olur.

Həll olan və həll olunmayan liflərin bir yerdə toplanması xərçəngin yaranmasının qarşısını almaq üçün daha əlverişlidir. Bu da sağlamlıq üçün çox əhəmiyyətlidir. Əncir astma, öskürək və soyuqdəymə zamanı da istifadə olunacaq faydalı bir meyvədir. Əncir eyni zamanda pəhrizin tərkib hissəsi ola bilər. Əncirin tərkibində təbii olaraq yağ, xolesterol, natrium olmadığı və yüksək lif faizinə sahib olduğundan çəki vermək istəyən insanlar üçün də uyğun bir qidadır.

Həmçinin, əncir digər meyvələrdən fərqli olaraq daha çox mineral tərkibə sahibdir. 40 q əncirin tərkibində, 244 mq kalium, 53 mq kalsium və 1.2 mq dəmir vardır. Əncir kalsium faizinə görə portağaldan sonra gələn ikinci meyvədir. Bir kasa əncir, bir kasa südlə eyni miqdarda kalsiuma sahibdir.

Burada həddən çox yer verdiyimiz əncirin faydaları, Allahın insan üzərindəki rəhmətinin bir nişanəsidir. Rəbbimiz ləzzətlə yeyilən bu meyvənin tərkibində insana lazım olan maddələri, onun sağlamlığına uyğun olan balanslaşdırılmış formada təqdim etmişdir. Allahın bu xüsusi meyvəsinin Quranda da zikr edilməsi əncirin insanlar üçün əhəmiyyətli olduğuna işarə ola bilər. Əncirin qida tərkibinin insan sağlamlığı baxımından əhəmiyyətini, inkişaf edən tibb və texnoloji imkanlarla sübut olunması, şübhəsiz Quranın, hər şeyi bilən Allahın sözü olduğunun göstəricilərindən biridir.

Əncir uzun müddət davam edən xəstəliklərin sürətli şəkildə yaxşılaşmasına kömək edən, güc və qüvvət verən bir meyvədir. Fiziki və zehni çətinliyi aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən vacib qida elementi, bütün meyvənin 51-74 faizinin şəkərdən ibarət olmasıdır.


Tarix: 27.12.2012 / 11:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1067 Bölmə: Saglamliq
loading...