Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İş masasında uzun müddət iş görənlərin diqqətinə

İş masasında uzun müddət iş görənlərə aid xəbər günümüzdə aktual mövzulardan olduğundan onu hazırlamaq və şərh etmək vacibdir. Belə ki, xəbər qidalanma və dieta üzrə mütəxəssis Demet Sayarın faydalı məsləhətləri ilə zəngin olmaqla bərabər həmdə kökəlmə xəstəliyindən əziyyət çəkən insanlar üçündür.
Hərəkətsiz iş həyatı kimi tərifləndirilən kompüter masasında hər hansı işlə uzun müddət məşğul olmaq, iş yerində səhv qidalanma, bədəndə artıq çəkinin yaranmasına və stressə səbəb olur. Qidalanma və dieta mütəxəssisi Demet Sayar, etdiyi şərhdə, iş həyatında sağlam qidalanma ilə əlaqədar xəbərdarlıqlar edib.
İş həyatında insanların hərəkətsiz bir şəkildə, masa önündə çox uzun zaman keçirdiyini dəyən Sayar, iş masası önündə hərəkətsiz iş həyatı keçirənlərdə səhv qidalanma bədəndə artıq yağın yığılmasına, piylənməyə və stressə səbəb olmaqla kökəlmə xəstəliyinə gətirib çıxarır deyə bu məsələ ilə əlaqədar öz fikrini ifadə edib.
İş sahələrində fast food yeməkləri dadanlar, tez bazar qida qəbul edənlər, su yerinə çay, qəhvə, içki içənlər, tez və uzun sürən yığıncaqlar səbəbiylə özlərinə diqqət yetirməyənlər iş həyatında səhvlərə yol vermiş olur. İş həyatında buraxılan səhvlər etibarı ilə kökəlmə xəstəliyinə meyillilik artmış vəziyyətdə olur. Müəyyən fasilələrlə ağıllı gediş edilməsinin əhəmiyyətinə toxunan Sayar, masa önündə uzun müddət iş görənlərin, bədəndəki stressi atmaq və bədənin daha aktiv olmasını təmin etmək baxımından öz hərəkətlərini mövcud vəziyyətə əsaslanaraq yerinə yetirməli olduqlarını bildirib. Misal olaraq: Lift istifadəsini azaldılaraq nərdivanlardan istifadə edilə bilər. Son dövrlərdə insanların hərəkətlərində azalma olduğunu müşahidə edən Sayar qeyd etdi ki, uşaqlar köhnədən topla oynayırdılar, artıq vaxtlarının çoxunu kompüter başında keçirirlər. Eyni şəkildə iş həyatında işçilərin hərəkətsiz olduğunu və bu cür fəaliyyətlərdən əl çəkə bilmədiklərini ifadə edib. Masada içki yerinə suyun olduğunu isə hamıya tövsiyyə edib. Günə nahar edərək başlanılmasının lazım olduğuna diqqəti çəkən Sayar, bunları da qeyd edib ki, kalorisi yüksək və həddindən artıq yağlı yeməklər olan pizza, hamburger kimi fast food qidalarını tez-tez istifadə etməyin.
Kalorisi aşağı və toxluq gətirən mühafizəkar qidalardan istifadə etməyin daha məqsədə uyğun olduğunu bildirib. Çay və qəhvə yerinə bitki çaylarından seçim etməli, yığıncaqlarda isə verilən peçenyalardən istifadə etməməyi, onun yerinə isə simit (bublik), quru ərik və yağsız kraker istifadənin faydalı olduğunu bildirib.
Masada isə bəzi içkilərin yerinə suyun olmasını və sudan bol-bol istifadə edilməsini ifadə edib.
Demet Sayar, hazır qidaların qəbul edilməsinin kökəlmə xəstəliyinə gətirəcəyini bildirərək, tərəvəz yeməklərindən daha çox istifadə etməyin lazım olduğunu deyib. Gün ərzində mütləq tərəvəz və ara vaxtlarda meyvə yeyilməli olduğuna da diqqət çəkib. İnanıram ki, bu şərhimin günümüzdə aktual mövzulardan olan artıq çəki və ondan azad olma yolları, kökəlmə xəstəliyi və s. bu səpgili xəstəliklərsən şəfaya ehtiyacı olan insanlara faydası olacaq.


Tarix: 08.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Saglamliq
loading...