Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təmizləmə üsulları Cala neti

Cala neti burun yollarının duzlu su ilə yuyulması üsuludur. Svami Vivekananda Raca- yoqa haqqındakı məruzələrdə Hatha-yoqanın tətbiqini inkar etməsinə baxmayaraq, o, şagirdlərdən yalnız cala neti təmizləmə üsulunu yerinə yetirməyə tələb edirdi. Svami Satyananda Sarasvati öz sistematik Yoqa kursunu bu üsuldan başlayırdı.

Burun ağciyərə gedən havanı isidir və rütubətləndirir. Hava, adətən, ya çox soyuq, ya çox isti, ya çirkli, ya da mikroblu olur. Burun dəliklərinin girişində olan kirpiklər öz titrəyişi ilə tozun, xırda həşəratların, kənar maddələrin daxil olmasına imkan vermir. Burnun daxilində qalın məsaməli selikli membranla örtülü və bolluca qan ilə təmin olunan xüsusi qığırdaqlar var. Girintili-çıxıntılı burun yolu boyu gedən bu selikli membran öz antiseptik xüsusiyyətlərinə görə imkan verir ki, havada olan bakteriyalar membranın səthində çöküb məhv olsun və insanı bronxit, vərəm və s. xəstəliklərdən qorusun.

Bizim təbii iybilmə qabiliyyətimiz zərərli qazların nəfəsə getməsinin qarşısını alır. Zərərli qazlar və bərk hissəciklərin burnun selikli qişasının reseptorlarının qıcıqlandırılması membranın nəmləşdirilməsi, insanın reflektor asqırması ilə onların xaric edilməsi və hətta bəzən təhlükə haqqında xəbərdarlıq edən tənəffüsün qısamüddətli dayanmasına gətirib çıxarır.

Hamıya bəllidir ki, ağızla yox, burunla nəfəs çəkmək daha məqsədəuyğundur. Ağızla nəfəs etmək burunla yemək kimi bir şeydir.

Lakin az adama bəllidir ki, burun tənəffüsünün incə mexanizmləri var. Bumun selikli membranlarında olan həssas sinir tellərinin sayı insan orqanizminin ayrı hissələrindəki sayından 20 dəfə artıqdır. Sinir telləri hipotalamus və limbik sistem ilə əlaqəlidir. Hava cərəyanı burnun selikli qişasının sinir uclarına dəyəndə, o, insan orqanizminin müxtəlif əhəmiyyətli sistemlərinə də təsir edir. Ürək, mədə və xüsusən tənəffüs sistemi burnun selikli qişasının verdiyi siqnalların təsirinə məruz qalır. Selikli qişasının müəyyən nöqtələrini qıcıqlandırmaqla hətta ürəyi dayandırmaq mümkündür.

Ağızla nəfəs alma ilə müqayisədə burun nəfəsi zamanı boyayıcı maddələr venaya daxil olanda boya qaraciyərə, dalağa, bağırsağa daha tez gəlib çatır və xaric olunur. Buna görə də, Ayurvedada dərmanın burundan daxil edilməsi və aromaterapiya üsulu Hindistanda geniş yayılmışdır. Çin təbabətində 12 əsas akupunktura meridianlarından 6-sı burun hissəsindən çıxır və orada da bitir.

Burun tənəffüsünün venoz qanın kəllə boşluğundan geri çəkilməsi nəticəsində daxili beyin təzyiqi aşağı düşür.

Tutulmuş burun orqanizmin daxilində bir çox problemlərin yaranmasına səbəb olur:
arterial təzyiq artır;
venadaxili təzyiqin aşağı düşməsi gözün damar sistemində durğunluğun yaranması və gözün zəifləməsinə gətirib çıxarır;
mədə şirəsinin turşuluğu dəyişir (bir qayda olaraq, artır);
ifraz edilən ödün miqdarı azalır;
qanda hemoqlobinin miqdarı azalır, eyni zamanda leykositlərin sayı artır;
tüpürcəyin miqdarı azalır, insan qəbul etdiyi qidanın dadını hiss etmir;
qaraciyərin və böyrəklərin fəaliyyəti pozulur;
beyin oksigenlə lazımi qədər təmin olunmur, bu da baş ağrılarına gətirib çıxarır və s.

Burnun və burun tənəffüsünün daha bir dərin əhəmiyyəti var. Güman edilir ki, onurğa beyninin mayesini hərəkətə gətirən qüvvə beynin daxili təzyiqinin ritmik rəqsidir. Bu prosesin dəqiqliyini burun tənəffüsü müəyyən edir. Müəyyən vaxt bir burun dəliyindən digər dəliyə nisbətən daha çox hava keçir, sonra isə bu qayda əksinə dəyişir. Bu “nasos” daim və fasiləsiz işləyir. Bu xüsusiyyət Hindistanda hələ qədim zamanlardan məlum idi. Hər saat yarım tənəffüsün axını dəyişir: ya sağ tərəf-günəş (surya svara), ya da sol tərəfay (çandra svara) üstünlük təşkil edir. Sağ tərəf Pinqala, sol tərəf isə İda enerji kanalları (nadi, bax fəsil VI) ilə bağlıdır. Tantra yoqada iy hissiyyatı nadi və muladhara çakrası ilə (bax fəsil VI) əlaqələndirilir. Fogların dediklərini müasir fiziologiya da təsdiq edir, iy hissiyyatının özünü saxlama və digər vacib instinktlərlə əlaqəlidir.

İda və Pinqala enerji kanalları bir-birini tamamlayan əksliklərdir, birincisi parasimpatik, digəri isə simpatik vegetativ sinir sisteminin hissələrinə uyğundur. Bu kanallarda enerji axınının tarazlaşması beynin tarazlaşmasına kömək edir və meditasiya məşqlərini asanlaşdırır.

Netini yerinə yetirərkən burnun müxtəlif sinir uclarının qıcıqlandırılması beynin fəaliyyətini yaxşılaşdırır və acna çakrasmm (“üçüncü göz”, bax fəsil VI) açılmasına kömək edir.

Üsulun icrası. Təmiz 400-500 ml həcmli dəm çaydanını götürün. Çaydanın lüləsinə uşaq əmziyi (onun ucunda 2-3 mm deşik açın) taxın. Əmzik ona görə lazımdır ki, burnun selikli qişası zədələnməsin. Çaydana ilıq (36-37°C) su süzün və bir çay qaşığı təmiz xörək və ya dəniz duzu (yalnız qaşığın içində yerləşən həcmi qədər) yaxşıca həll edin. Adətən, bu temperaturda olan sudan istifadə edirlər, lakin vərdiş edənlər isti və ya soyuq sudan da istifadə edə bilər. İsti su çirki və seliyi burundan tez xaric edir, soyuq su isə insanı gümrah və möhkəm edir. Bəzən, lazımi qab olmayanda, piyalədən və ya ovuclardan (vyutkrama) burunla suyu içəri çəkirlər. Duzlu su yüksək osmotik təzyiqə malikdir, yəni heç bir membrandan keçmir. Ona görə duzlu su selikli qişanın xırda qan damarları ilə sorulmur və xoşagəlməz hissiyyatlar olmur.

Vanna, ləyən və ya vedrənin üzərində əyilin və çömələrək oturun. Çaydanı altmdan tutub əmziyi yaxşı nəfəs edən burun dəliyinə salın. Sol burun dəliyinizdən başlayırsınızsa, başınızı sağa əyin və eyni zamanda çaydanı elə qaldırın ki, sağ burun dəliyinizdən su axsın. Çalışın ki, su ağzınıza getməsin, çünki Siz ağızla nəfəs etməlisiniz. Su ağzınıza getsə, başınızı bir az qabağa əyin. Suyun həcmi yarıya qədər (200-250 ml) çatanda, ayağa durub əyilin və burnunuz ilə kəskin nəfəs (bhastrika pranayama, bax fəsil VII) azı 10 dəfə verməklə suyu burnunuzdan xaric edin. Ondan sonra prosedur təkrar olunur və suyun qalığı digər burun dəliyinizdən axıdıb yenə də kəskin nəfəs verməklə suyu burnunuzdan xaric edin. Suyu xaric edən zaman nə əlinizi burnunuzdan tutmaq, nə də yaylıqdan istifadə etmək olar. Əks halda su orta qulağınıza daxil olub xəstəliklərə gətirib çıxara bilər.

Cala netini səhər yeməyindən qabaq ya da Yoqadan əvvəl və axşam məşqlərindən qabaq edin (gündə 2 dəfədən artıq etmək məsləhət görülmür). Zökəm olanda bu üsulun təkrar etmə sayını artırmaq olar.

Üsulun xeyri. Üsulun əks göstərişləri yoxdur, onu uşaqlar da böyüklərin köməyi ilə edə bilər (mənim qızım 3 yaşından bu üsuldan istifadə edir). Xroniki burun qan axması, yüksək qan təzyiqi olan şəxslər çox diqqətli olmalı və təcrübəli müəllim ilə məsləhətləşməlidir. Burun arakəsməsi əyiləndə ya da poliplər olanda sutra netiten başlamaq məsləhət görülür. Burnun su ilə yuyulması soyuqdəymənin qarşısını almaq və sağalmaq üçün ən yaxşı üsuldur.

Cala neti xroniki zökəmi, tonzilliti, faringiti, laringiti və müxtəlif gənzik xəstəliklərini müalicə edir. Bu üsul insanı ağciyər xəstəliklərindən qoruyur (astma, pnevmoniya, vərəm və s.). Cala neti və pranayamanın (bax fəsil VII) birgə tətbiqi bronxiti müalicə edir.

Üsul yorğunluğu, baş ağrılarını, yuxusuzluğu aradan götürür və miqrenin, epilepsiyanın, depressiyanın, psixiki gərginliyin müalicəsinə kömək edir.


Tarix: 27.12.2012 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 628 Bölmə: Saglamliq
loading...