Məlumata görə gülmək vacib faydaları ilə bərabər təkcə insan əhvalına müsbət təsir göstərmir, o həm də insanı stressdən uzaqlaşdıraraq sakitləşdirir.
Gülüş xoşbəxtlik hormonu hesab olunan endorfini əmələ gətirir ki, bu da hirs və kədəri aradan qaldırır, dərini yaxşılasdırır. Üz əzələlərini fəaliyyətə gətirir, qan dövranını aktivləşdirir, nəticədə yanaqlara təbii qızartı da gəlir. Həmçinin immuniteti də gücləndirməyə kömək edir. İnfeksiyalarla mübarizə sahəsində 1 dəqiqə səmimi gülüş, orqanizmin nəfəs yollarına böyük həcmdə antitel buraxır ki, bu da insanı bakteriya və viruslardan qoruyur, ürəyi sağlamlaşdırır.
Qan damarlarının genişlənməsinə və qan dövranın yaxşılaşmasına səbəb olur. 10 dəqiqə gülmək qan təzyiqini asağı sala bilir.
Təbii gülüş ağrıya da kömək edir. Gülüş zamanı yaranan və xoşbəxtlik hormonu hesab olunan endorfin orqanizmin təbii ağrıkəsicisi də sayılır.
Həkimlərə görə, özündə gülməyə güc tapa bilən kəslər ağrını daha asan keçirirlər.
Ağ ciyərləri inkişaf etdirməyə kömək edir. Astma və bronxit xəstələri üşün yaxşı məşqdir. Gülüş zamanı ağ ciyərlərin fəaliyyəti aktivləşir və nəticədə qana oksigen axını güclənir. Gülüş stressə qalib gələn ünsürlərdən hesab olunur. Fiziki və emosional gərginliyi aradan qaldırır. Bir sıra mütəxssislər iddia edirlər ki, 1 dəqiqə səmimi gülüş 45 dəqiqəlik dərin relaksiyaya bərabərdir.
İnsanı formada saxlamağa da təsirlidir. Gülüş qarın, bel və ayaq əzələlərini möhkəmləndirir. Gülüş zamanı bütün daxili orqanlar masaj olunur və nəticədə effektiv çalışmağa başlayır.
Gülməklə təkcə stress problemini deyil, qan təzyiqi probleminə də kömək etmək olar. Gülməli kinolara baxmaq boş vaxtlarınızda, sahib olacağınız ən yaxşı məşğuliyyət də ola bilər. İmmunitet sistemini gücləndirməyə kömək edən gülüş, qan axınını sürətləndirməyə təsirli hesab olunur. Kiçik bir gülüş belə qanda şəkərin səviyyəsini salmağa və həzmi yaxşılaşdırmağa kömək edir.
Tarix: 08.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Saglamliq