Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyninizi qorumağın 10 yolu

İsti yay günlərində sağlamlıqla bağlı problemlərin yaranması qaçınılmazdır. Məsələn, təzyiq düşür, maye çatışmazlığı bir sıra fəsadlar yaradır, halsızlıq, yorğunluq müşahidə edilir, iflic riski artır.
Bəs yay aylarında, əsasən də başımızı, beynimizi istidən qorumaq üçün nə etməliyik?
Beyni qorumağın 10 sadə yolunu təqdim edir.
Saat 11:00-dan 16:00-a kimi açıq havada olmayın.
Çölə çıxanda mütləq başınızı bağlayın
Bol-bol su için
Daha yüngül yeməklər yeyin
Gecələr yatdığınız məkanı sərin, havalı və səssiz edin. Azı 7 saat yatın
Spirtli içkidən uzaq durun
Qapalı məkanlarda istirahət edin
Günün sərin saatlarında azı 30 dəqiqə açıq havada gəzin
Başınız hərlənsə, ürəyiniz bulansa həkimə müraciət edin
Təzyiq, ürək dərmanı atmamışdan öncə mütləq təzyiqinizi ölçdürün.


Tarix: 08.01.2015 / 11:12 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Saglamliq
loading...