Qars Dövlət Xəstəxanası baş hekimi Yunus Yılmaz, soyuq havaların üz iflici kimi sayılan xəstəliyi özü ilə gətirdiyini bildirərək bir neçə tədbirlə bunu azaltmağın mümkün olduğunu qeyd edib. Baş həkim, şal və s. qalın paltarlar olmadan vətəndaşların çölə çıxmaması lazım olduğunu ifadə edib.
Üz əzələlərinin beyindən 7 sinir tərəfindən idarə edildiyini xatırladan həkim Yılmaz, bu sinirlərin, funksiyalarını yerinə yetirə bilmədiyi halda üz əzələlərində iflic müşahidə edildiyini bildirib. Ayrıca şəkər xəstəliyi, yüksək təzyiq və beyin qanaması da üz iflicinə səbəb olan ünsürlər hesab olunur.
Üz iflicini adamdan adama çox fərqli bir şəkildə özünü göstərdiyini vurğulayan həkim, bunun bəzən çox yüngül görüldüyünü, bu xəstəliyə düçar olmuş adamların ancaq gülüncə üz iflici keçirdiyini anlamaq olduğunu bildirib. Baş həkim bildirib ki, soyuq havaya çıxmadan əvvəl bu insanlar şal, papaq, qar maskası kimi üz və baş bölgəsini qoruyucu paltarlarla təchiz etməyi unutmamalıdırlar, avtomobil sürənlərin isə pəncərəni açmamaları üz iflicinə qarşı qorunmada əhəmiyyətli hesab olunur.
Hamam sonrası saçlar tam qurudulmadan çölə çıxılmamalı və küləyə qarşı durulmamalıdır, kişilərin isə təraş olduqdan sonra ən az 15 dəqiqə soyuq hava ilə təmas etməmələri lazımdır.
Üz iflici müalicəsində erkən müdaxilənin əhəmiyyətinə də toxunan həkim Yılmaz, təklif və müalicəsi ilə bərabər xəstənin öz-özünə edəcəyi üz məşqləri kimi üsulların da faydalı olduğunu qeyd edib.
Tarix: 08.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq