Məlumata görə pəhriz sahəsində fəaliyyət göstərənlər yaşlıları gənc kimi sağlam və gümrah saxlamağa kömək edən vitaminlər məsləhət görüblər.
Həmin vitaminlərə B12, D vitaminini misal göstərmək olar. Bundan əlavə kalsium və fosforun, Omega-3 yağ turşularının, sinkin də faydalı olduğu bildirilir.
Yaş irəlilədikcə maddələr mübadiləsində azalma müşahidə olunduğundan, dad alma duyğusunda müxtəlif dəyişmələr baş verdiyindən, yağsız toxuma kütləsində isə azalma ilə bərabər bir çox fizioloji və metabolik dəyişikliklər meydana gəldiyindən, qidalanma nizamının bu proseslərə uyğun şəkildə yerinə yetirilməsi vacibdir.
B12 vitamini
B 12 vitamininin, ürək-damar sağlamlığının qorunmasında, qan hüceyrələrinin yaranmasında, zehni funksiyaların davam etdirilməsində, qaraciyər xəstəliklərindən qorunmada əhəmiyyətli olduğu bildirilir. Həmçinin sinir sistemi funksiyalarının saxlanılmasına kömək edir. B 12 vitamini ət və ət məhsullarında, süd və süd məhsullarında, balıqda və yumurtada vardır.
Kalsium və fosfor
Kalsium və fosforun sümük və diş sağlamlığının qorunması, sümük əriməsinin qarşısının alınması, əzələlərin güclənməsi, sinir sisteminin çalışması üçün əhəmiyyətli olduğu bildirilir. Kalsium və fosfor, kalsiumla zənginləşdirilmiş qidalarda, süd və süd məhsullarında, badamda, fındıqda, soya paxlasında, quru paxlalılarda, yaşıl yarpaqlı tərəvəzlərdə, bəhməzdə, balıqda və s. qidalarda vardır.
Omega-3 yağ turşuları
Omega-3 yağ turşuları isə ürək-damar sağlamlığının qorunmasında, köklükdən qorunmada, oynaq iltihablanmalarında əhəmiyyətli hesab olunur.
Balıq və balıq yağında, su məhsullarında, kolza toxumunda, kətan toxumunun yağında, yaşıl yarpaqlı tərəvəzlərdə omega-3 yağ turşularının olduğu bildirilir.
Sink
Sinkin immunitet sistemini gücləndirdiyi, xəstəliklərə qarşı müqaviməti inkişaf etdirdiyi, unutqanlıq və depressiyadan qorumağa kömək etdiyi bildirilir.
Yağsız qırmızı ət, qaraciyər, süd, pendir, yumurta, dəniz məhsulları, fındıq, qoz, banan, tam taxıllar, quru paxlalılar sink baxımından zəngin qidalar hesab olunur.
D vitamini
D vitamini çatışmamazlığı olanlarda bir çox oynaq problemləri ortaya çıxa bilər. Günəş işığında, balıqda, yumurtada, duru yağlarda, yaşıl tərəvəzlərdə və s. qidalarda D vitamini vardır.
Tarix: 08.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq