Müasir dövrümüzdə konsentrasiya və unutqanlığın həll üsulları çoxdur. Onlardan başlıcası diaqnoza uyğun müalicədir. Lakin, günümüzdə elə insanlar var ki, müxtəlif səbəblərdən ünvanı, telefon nömrələrini, xüsusi günləri, dost adlarını, müxtəlif əşyaları unudurlar. Həmin səbəblərə işlərin çoxluğu, depressiya halları da təsir edir. Bu problemlərdən uzaqlaşıb, konsentrasiyanı sadə üsullarla artırmaq üçün, nizamlı yuxu, balanslı qidalanma, spirt istifadənin məhdudlaşdırılması, idman məşqləri vacibdir.
Nizamlı yuxu
Normal yuxu gün içərisində enerjinin sabit qalmasına kömək edir. Gərginlik, diqqətsizlik kimi problemlərə təsirlidir. Gündə 8 saat yuxu konsentrasiya problemi olanlar üçün yetərlidir.
Balanslı qidalanmaq
Diqqət dağınıqlığı olanlar gün ərzində balanslı qidalanmaq və çoxlu su içməklə konsentrasiya problemini həll edə bilərlər.
Meyvələrdən alma, tərkibində olan "quercetin" maddəsi sayəsində yaddaşı qüvvətləndirir.
Qaragilə meyvəsi sidik yolu infeksiyalarına, görmə itkisinə, ürək xəstəliklərinə, həzm sistemi xəstəliklərinə, depressiya və bir çox xəstəliklərə kömək edir.
Məlumata görə bu meyvənin tərkibində fosfor, maqnezium kimi təsirli minerallar və A, B, C qrupu vitaminləri var. Bütün bunlar beyin sağlamlığına xeyirlidir.
Tərkibində omeqa 3 yağ turşusu olan qidalar isə yaşla əlaqədar yaranan yaddaş itkiləri üçün təsirlidir.
Spirti tərgitmək
Spirt içki içənlərdə bu cür problemlər tez-tez olur. Bu baxımdan spirtdən istifadə düzgün deyil. Ümumiyyətlə spirtdən uzaq dayanmaq erkən saatlarda qalxmağı və rahat oyanmağı təmin edir.
İdman etmək
Səhərlər erkən saatlarda idman etmək, həm sağlamlığa həm də diqqətli olmağa kömək edir.
Tarix: 08.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Saglamliq